Bu klub Kataloniya iqtisadiyyatına keçən il 1,4 milyard evro pul qazandırıb! | Banco.az

Bu klub Kataloniya iqtisadiyyatına keçən il 1,4 milyard evro pul qazandırıb!

“PricewaterhouseCoopers” konsaltinq şirkəti “Barselona”nın Kataloniya iqtisadiyyatına təsirinə dair hesabat təqdim edib.

Hesabata əsasən “Barselona” futbol klubu Kataloniyanın ÜDM-nə 1,4 milyard avro, şəhərə isə 1,2 milyard avro qazandırıb.

2018-ci ilin iyulundan 2019-cu ilin iyununa qədərki dövrdə futbol klubu Barselonaya 1 milyard 190 milyon avro qazandırıb ki, bu da şəhərin ÜDM-nin 1,46%-ni təşkil edir. Klub 19 451 iş yerinin açılmasına da öz töhfəsini verib. Bu, şəhərin məşğul əhalisinin 2,65%-nə bərabərdir.

“Barselona” şəhər büdcəsinə 366 milyon avro köçürüb ki, bu da Barselona şəhər şurası büdcəsinin 13,8%-nə bərabərdir.

Ən sərfəli kredit üçün müraciət et

Klub həmçinin bütün bölgəyə də əhəmiyyətli iqtisadi təsir göstərdi: Barselona Kataloniyaya 1 milyard 394 milyon avro (Kataloniyanın ÜDM-nin 0,57%-i) gətirdi və 23 531 iş yerinin (Kataloniyada işləyən əhalinin 0,69%-i) yaradılmasına kömək etdi.

2014-2015 mövsümündən bəri klubun Barselonanın ÜDM-nə təsiri 31%, iş yerlərinə təsiri isə 17% (16 620 iş yerindən 19 451-ə) artım göstərib.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et