BTC kəməri ilə nəql edilən neftin 83,5%-i Azərbaycanda hasil edilib | Banco.az

BTC kəməri ilə nəql edilən neftin 83,5%-i Azərbaycanda hasil edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyul aylarında magistral neft kəmərləri ilə 23076,5 min ton neft nəql edilib. Nəqletmənin 76,3 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-iyul ayları ərzində bu kəmər vasitəsilə 17615,0 min ton neft ötürülüb.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib.

Məlumata görə, dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,5 faizini və ya 14 706,3 min tonunu Azərbaycanda hasil edilən neft, 16,5 faizini və ya 2908,7 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et