Müəllif:Mehin Qasımova/Banco.az
Braziliya Mərkəzi Bankının Pul Siyasəti Komitəsi ardıcıl beşinci dəfə yenidən maliyyələşdirmə dərəcəsini 0,5 faiz bəndi azaldaraq illik 11,25%-ə endirib ki, bu da 2022-ci ilin martından bəri rekord aşağı göstəricidir.
Banco.az xəbər verir ki, bu barədə tənzimləyicinin mətbuat xidməti məlumat yayıb.
"Mövcud tendensiya davam edərsə, komitə üzvləri uçot dərəcəsinin aşağı salınması siyasətini davam etdirmək niyyətindədirlər və inflyasiyanın daha da cilovlanması üçün belə bir tədbiri zəruri hesab edirlər", - deyə tənzimləyicinin mətbuat xidməti bildirib.
Qeyd edək ki, Braziliya Mərkəzi Bankının Selic dərəcəsi tənzimləyicinin inflyasiyaya nəzarət etdiyi əsas alətdir. Mərkəzi Bankın pul siyasəti komitəsinin növbəti iclası martın əvvəlində baş tutacaq. Tənzimləyici bildirir ki, cari makroiqtisadi vəziyyət davam edərsə, növbəti faiz endirimi gözlənilməlidir.
Bizi sosial şəbəkələrdən izləyin!!