BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri azalıb | Banco.az

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin birinci rübündə BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə və materiallara çəkdiyi bilavasitə (subpodratçı) xərcləri 327,1 mln. ABŞ dolları təşkil edib.

Banco.az “BP Azərbaycan”a istinadən xəbər verir ki, bu, illik müqayisədə 8 milyon ABŞ dolları və ya 2,4% azdır. 

Məlumata görə, birinci rübdə BP-nin kiçik və orta müəssisələr üzrə xərcləri 97 mln. dollar, dövlət şirkətləri üzrə xərcləri 10,9 mln. dollar, yerli tərəfdaşı olan birgə müəssisələr üzrə xərcləri 130,4 mln. dollar, olub. Şirkət xarici podratçıların ölkə daxilində məsrəflərinə isə 88,8 mln. dollar  xərcləyib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et