Böyük Britaniyanın baş naziri G7 sammitində Kiyevə yeni yardımı açıqlayacaq | Banco.az

Böyük Britaniyanın baş naziri G7 sammitində Kiyevə yeni yardımı açıqlayacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniyanın baş naziri Rişi Sunak G7-nin İtaliyada keçiriləcək sammiti zamanı Ukraynaya 242 milyon funt sterlinq (286,4 milyon avro) ayrılması qərarını açıqlayacaq.

Banco.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.

Qeyd edilir ki, bu vəsait Londonun təcili adlandırdığı Ukraynanın “humanitar, enerji və sabitləşmə ehtiyacları” üçün istifadə olunacaq.

Həmçinin, Britaniya hökuməti hesab edir ki, bu, “uzunmüddətli iqtisadi və sosial dirçəliş” üçün təməl qoyacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram