Böyük Britaniyada istehlakçıların enerji xərcləri artıb | Banco.az

Böyük Britaniyada istehlakçıların enerji xərcləri artıb

Müəllif - Aida İsaq, Banco.az

Böyük Britaniyada istehlakçıların enerji xərcləri 29 milyard funt sterlinq artıb.

Banco.az xəbər verir ki,  bu 2022-ci ildə elektrik enerjisi qiymətlərinin artması fonunda baş verib. London Universitet Kollecinin araşdırmasına görə, enerji istehsalçıları 2022-ci ildə 49,5 milyard funt sterlinq gəlir əldə edib. 2018 və 2019-cu illərdə bu rəqəm 20,5 milyard funt sterlinq təşkil edib.

Qeyd edək ki, artım göstərən müvafiq məbləğin 70 faizi təbii qazla işləyən elektrik stansiyalarına və bərpa olunan enerji şirkətlərinə yönəldilib. Təbii qazla işləyən elektrik stansiyalarından əldə edilən gəlirlər isə üç dəfə artaraq 19 milyard funt sterlinqə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram