Böyük Britaniyada Aİ-yə qayıtmaq istəyənlərin nisbəti artır | Banco.az

Böyük Britaniyada Aİ-yə qayıtmaq istəyənlərin nisbəti artır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Breksitin təsirini daha çox iqtisadiyyatda görən Böyük Britaniyada Aİ-yə qayıtmaq istəyənlərin nisbəti artır.

Banco.az xəbər verir ki, Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılmasından (Breksit) keçən 4 il ərzində krallıqda ən böyük təsir iqtisadi sahədə görülüb ki, aparılan sorğular, yenidən Aİ-yə üzvlüyün tərəfdarı olanların nisbətində artım göstərir.

Məlumat üçün qeyd edək ki, 1990-cı illərdən etibarən Breksitlə bağlı marjinal fikirlər səslənsə də, 2008-ci il qlobal iqtisadi böhranı ilə Aİ-dən çıxmaq ideyası daha da güclənmişdi. Devid Kameronun Breksiti referenduma çıxaracağı vədi ilə 23 iyun 2016-cı il referendum günü olaraq təyin olunmuş, Böyük Britaniya əhalisi 52 faizlə Breksitin lehinə səs vermişdi. 

Lakin Böyük Britaniyanın Aİ-dən çıxması 4 il çəkdi. Bu müddətdə Britaniya 3 növbədənkənar seçki keçirib və 3 Baş nazir dəyişib. 

Breksit prosesinin 3-cü Baş naziri Boris Conson 2019-cu ilin dekabrında keçirilən növbədənkənar seçkilərdə təkbaşına hakimiyyətə gəlmiş və daha sonra 2020-ci ilin yanvarında İcmalar Palatasından, Lordlar Palatasından və Kraliça Elizabetdən Aİ ilə Brexit razılaşması üçün təsdiq əldə etmişdi.

Razılaşma 31 yanvar 2020-ci ildə qüvvəyə minib. Bu tarixdən sonra Böyük Britaniyanın Aİ-nin üzvü olduğu, lakin qərar qəbul etmə proseslərində iştirak edə bilmədiyi 11 aylıq keçid dövrü başlayıb və 31 dekabr 2020-ci ildə üzvlükdən çıxmaq prosesi tamamilə başa çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Böyük Britaniyanın Aİ-dən çıxmasının ən böyük təsiri iqtisadi sahədə özünü göstərib. “Dəyişən Avropada Birləşmiş Krallıq” analitik mərkəzinin dərc etdiyi hesabatda Breksit olmasaydı, Böyük Britaniyaya investisiyaların indikindən 25 faiz çox olacağı qeyd edilib. Britaniyada Breksitdən əvvələ görə 330 min iş yerinin az olduğunu da açıqlayan təşkilatın məlumatına görə, maliyyə sektoru bu dövrdə 7 min iş yerini itirib.

Bununla yanaşı, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) araşdırmasında 2019-2023-cü illərdə baş verən ərzaq inflyasiyasının üçdə birinin Breksitə görə olduğunu ortaya çıxarıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et