Bonus-Malus sistemi sığorta haqqını necə dəyişir? - MÜSAHİBƏ | Banco.az

Bonus-Malus sistemi sığorta haqqını necə dəyişir? - MÜSAHİBƏ

Banco.az İcbari Sığorta Bürosunun (İSB) İnformasiya Texnologiyaları, Təlim və Dəstək şöbəsinin rəhbəri Nizami Kərimovun fins.az-a verdiyi müsahibəni təqdim edir.

- Nizami müəllim, əvvəlcə Bonus-Malus sisteminin iş prinsipini izah edərdiniz.
- Ümumiyyətlə Bonus-Malus əmsalları hər il yanvar ayının 15-də yenilənir və bu məlumatlar əvvəlki dövrdə olan məlumatlara əsasən təyin olunur. Yəni sığortalı il ərzində heç bir hadisə törətməyibsə ona 1 pillə yuxarı qalxır və 5% güzəşt əmsalı tətbiq olunur. Sığortalı bir neçə il ərzində hadimsə tirətməyibsə onun bonus əmsalı hər il yuxarı qalxır və o endirimlər alır. Əksinə sığortalı ötən il ərzində bir hidisə törədibsə, onun malus əmsalı müvafiq olaraq 1,6 olur və s.

- 2014-cü il üçün Bonus-Malus sinifləri necə dəyişib?
- Qeyd etmək istəyirəm ki, 2013-cü ildə Azərbaycana daxil olan nəqliyyat vasitələrini saymasaq, avtomobillərin icbari sığortası üzərə 666 min sığorta müqaviləsi bağlanıb. Bu müqavilələr 537 minə yaxın sığortalı tərəfindən bağlanıb.
İSB-nin açıqladığı rəqəmlərdən də göründüyü kimi, bunların 55%-nə bonus əmsalı tətbiq olunub, digər 43%-nin sinifi dəyişməyib və ya 6-cı sinif tətbiq olunub. Yerdə qalan 1%-dən bir qədər artıq sayda avtomobil sahiblərinə isə Malus əmsalı tətbiq olunub.

-Bonus və ya malus əmsalının tətbiqi sığorta haqqının dəyişəcəyini göstərir?
- Bəli. Sadə şəkildə demək olar ki, bonus əmsalının tətbiq olunması o deməkdir ki, avtomobil sahibinin ödədiyi sığorta haqqı əvvəlki ilə nisbətən azalıb. Hadisə törətməyibsə, bonus əmsalı tətiq olunur və onun sığorta haqqı azalır. Hadisə törədəndə isə malus əmsalı tətiq olunur - yəni onun sığorta haqqı əvvəlki ilə nisbətən artır.

- Bu hamıya aiddir - yoxsa, sığorta müddətinin də təsiri var?
- Burada yeganə istisna sığortalı günlərin sayı ilə bağlı ola bilər. Belə ki, Bonus Malus sistemi yalnız o avtomobil sahiblərinə aiddir ki, onların avtomobilləri ötən il ərzində azı 275 gün ərzində sığortalı olublar. Bundan az sığorta olunduqda bu sistem onlara təbiq olunmur. Məsələn müştəri avtomobilini dekabr ayında sığortalayıbsa, növbəti ilin yanvarın 15-də bonus-malus sinifinin dəyişməsi ona tətbiq olunmaycaq. Çünki onun il ərzində sığorta müddəti 275 gündən az olub.

- Əmsallar və onun nəticəsində tariflərin artıb azalması ilə bağlı hesablamalar nəyin əsasında aparılır?
- Bu hesablamalar Maliyyə Nazirliyinin təsdiqlədiyi qaydalar əsasında aparılır. Sistemdə də avtomatik olaraq həmin qaydalar tətbiq olunur və bizim də hesablama belə həyata keçirilir.

- Yəni burada hər hansı sığorta şirkəti tərəfindən hesablama aparılmır, bu hesablamalar mərkəzləşmiş şəkildə bütün şirətlərdə eynidir?
- Bəli, fərqi yoxdur. İSB-nin üzvü olan bütün sığorta şirkətlərində sığortalı üçün hansı sığorta şirkətinə getməyindən asılı olmayaraq sığorta haqqı eyni qaydada hesabanır. yəni eyni bir müştəri üçün sığorta şirkətinin birində sığorta haqqı 75 manat, digərində 80 manat ola bilməz. Şəxs hansı sığorta sinfinə daxildirsə, bütün sığorta şirkətində ona eyni tariflər tətbiq olunacaq.

- Sonuncu dəfə Bonus-Malus sinifləri müəyyən ediləndə neçə şəxsin sığorta haqqı azaldı?
- Bu il təqribən 298 min vətəndaşın sığorta haqqı azalıb. 106 min nəfərin sığorta haqqı 10%, 192 min şəxsin sığorta haqqı isə 5% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

- Buna misal göstərə bilərsiniz?  Məsələn 3,2 litr mühərrikli mersedesin sığorta haqqı necə azalıb.
- Məsələn fiziki şəxsə tətbiq olunan 3,2 litr üçün sığorta haqqı ilkin olaraq 150 manat idisə, növbəti il bu sığorta haqqı əgər 10% azalıbsa 135 manat, 5% tətbiq olunduqda isə 142,5 manat olacaq.

- 8 minə yaxın avtomobil sahibi üçün isə malus əmsalı tətbiq olundu. Bunlarda sığorta haqqı nə qədər artacaq?
- Son iki il ərzində 3 və ya daha artıq sığorta hadisəsi törədən 22 nəfər üçün ən yüksək malus əmsalı - 3 əmsalı tətbiq edilib.  Deməli bu avtomobil sahibləri üçün  sığorta haqqı 3 dəfə artacaq. Məsələn, indiyədək bu şəxs 2,5 litr mühərrikli avtomobil üçün 100 manat sığorta haqqı ödəyirdisə, bundan sonra onun ödədiyi sığorta haqqı 3 dəfə artaraq 300 manat olacaq.
45 nəfərdə malus əmsalı 2,45 olub, deməli onların sığorta haqqı 2,45 dəfə artacaq. 192 nəfərdə sığorta haqqı 2 dəfə, 2413 nəfərdə sığorta haqqı 1,6 dəfə və ya 60% artacaq. 4963 avtomobil sahibində isə sığorta haqqı 25% artacaq.

- Bəs indi, məsələn, 2 malus əmsalı tətbiq olunan şəxslər bu il ərzində qəza törətməsələr, gələn il onların sığorta haqqı necə artıb-azalacaq?
- Əgər belələri bu il heç bir qəza hadisəsi törətmirlərsə, gələn il bir pillə artıb 3-cü sinifdən 4-cü sinifə keçcəklər və onlar üçün əmsal 2-dən 1,6-ya enəcək. Əgər onlar növbəti il də avtomobili qəzasız idarə etsələr, onların malus əmsalı 1,25-ə, növbəti il isə 1-ə enə bilər.

- Belə başa düşmək olar ki, malus əmsalı daha sürətlə artır, nəinki bonus əmsalı. Yəni sığorta haqlarının artım sürəti azalma sürətinə nisbətən daha böyükdür? 
- Bəli. Bu sığorta olunan şəxsləri avtomobilləri daha ehtiyatla idarə etməyə, daha məsuliyətli olmağa sövq edir. Eyn zamanda bonusun olması stimullaşdırır ki, insanlar icbari sığortaya meylli olsunlar.

- Bəs şəxs öz avtomobilini dəyişəndə nə baş verir? Məsələn, hər hansı şəxs mühərrikinin həcmi 2-2,5 litr həcmində olan avtomobilə malikdir. O avtomobilini ilk dəfə icbari sığorta edəndə 100 manat sığorta haqqı ödəyib. İndi isə ona 3 malus əmsalı tətbiq olunub və nəticədə onun sığorta haqqı 300 manata qalxıb. Həmin şəxs maşınını dəyişib daha iri - məsələn 4,5 litr həcmində mühərriki olan avtomobil alırsa bu 3 əmsal dəyişirmi?
- Fərqi yoxdur, həmin şəxs başqa minik maını alsa, ona verilmiş Malus sinifi bu avtomobilə də tətbiq olunur. Yəni həmin şəxs bu avtomobil üçün də sığorta haqını 3 qat ödəməlidir. Bu əmsallar avtomobilə yox, avtomobiin sahibinə aiddir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, əgər şəxsin iki kateqoriyalı avtomobili varsa, bu əmsallar bütün avtomobillərə yox, yalnız bu əmsalın alındığı avtomobilə tətbiq olunur. Məsələn bir şəxsin həm yük, həm də minik avtomobili var. Belə hallar daha çox hüquqi şəxslərdə baş verir. Yəni iri şirkətlərin bir neçə kateqoriyalı avtomobilləri olur. Əgər onun minik maşını üzrə malus əmsalı   varsa, bu əmsal yalnız minik avtomobilinə tətbiq olunur, yəni yalnız minik avtomobilinin sığorta haqqı artır. Yük avtomobilində isə sığorta haqqı dəyişmir. Sadə desək, şəxsin yük maşınında etdiyi hərəkətin nəticəsi minik avtomobilərində görünmür. 

fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et