Pulunuzu bu yolla artıra bilərsiniz – illik 12% artım | Banco.az

Pulunuzu bu yolla artıra bilərsiniz – illik 12% artım

Pulunuzu Expressbanka əmanət etmək indi daha çox qazandırır.

Banco.az xəbər verir ki, Expressbank “Klassik” əmanət məhsulu üzrə illik faiz dərəcəsini 12%-dək yüksəldib.

Belə ki, indi Expressbanka 3 aydan 36 ayadək müddət üçün yerləşdirilən vəsaitlər illik 12%-dək gəlir gətirir. Həmçinin, faiz gəlirlərini istəyə görə aylıq və ya müddətin sonunda götürmək mümkündür.

Müştərilər sadəcə 500 AZN yerləşdirməklə Expressbankda depozit hesabı aktivləşdirə bilərlər. Banka yatırılan depozitlər isə Əmanətlərin Sığortalanması Fondunun qaydalarına uyğun olaraq sığortalanır.

Qeyd edək ki, “Fitch”  beynəlxalq reytinq agentliyi 2025-ci ildə  "Expressbank” ASC-ni qiymətləndirərək Bankın uzunmüddətli reytinqini “B+” səviyyəsində “Sabit” proqnozla təsdiqləyib. 

Expressbank Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.