Müəllif:Mehin Qasımova,Banco.az
Ümumdünya Qızıl Şurasının (WGC) ilkin hesablamalarına görə, qlobal mərkəzi banklar oktyabr ayında valyuta ehtiyatlarında qızıl həcmini 52,6 ton artırıblar.
Banco.az xəbər verir ki, analtiklər bildirib ki, bu ilin ən böyük aylıq artımıdır.
Oktyabrda ən aktiv qızıl alıcıları Braziliya (16 ton), Polşa (15,6 ton; bu ilin alış həcminə görə lider), Özbəkistan (9,3 ton), İndoneziya (3,9 ton), Türkiyə (3 ton), Çexiya (2,4 ton), Qırğızıstan (1,7 ton) və Qana (1 ton) olub.
Digər alıcılar 1 tondan az artım göstərdilər. Digər ölkələrdə artım 1 tondan az təşkil edib.
Yalnız Rusiya Bankı oktyabr ayında qızıl ehtiyatlarının azalması barədə məlumat verib – mənfi 0,1 milyon unsiya, WGC hesablamalarına görə bu, 3,1 ton qızıla bərabərdir.
Ekspertlər Rusiyada qızıl ehtiyatlarının azalmasını adətən qızıl sikkələrin buraxılması ilə izah edirlər.
