Dünya bazarında neft bahalaşır | Banco.az

Dünya bazarında neft bahalaşır

Neftin qiyməti əvvəlki sessiyada azaldıqdan sonra bir qədər bahalaşıb.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı fevral fyuçersləri 0,06 dollar (0,1%) bahalaşaraq 62,51 dollar/barel təşkil edib.

Çərşənbə axşamı Brent 0,72 dollar (1,14%) ucuzlaşaraq 62,45 dollar/barelə düşüb.

Nyu-York əmtəə birjasında (NYMEX) bu vaxta qədər WTI markalı neftin yanvar fyuçersləri 0,07 dollar (0,12%) artaraq 58,71 dollar/barelə bərabər olub. Əvvəlki sessiyada müqavilə bir barel üçün 0,68 dollar (1,15%) ucuzlaşaraq 58,64 dollar olub.

Bazarın diqqəti Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff arasında Moskvada baş tutan və təxminən beş saat davam edən danışıqlara yönəlib. Putinin köməkçisi Yuri Uşakov bildirib ki, tərəflər Trampın Ukrayna nizamlanması planını müzakirə ediblər, lakin təfərrüata varmayıblar.

O əlavə edib ki, Rusiya və ABŞ arasında Ukrayna nizamlanması çərçivəsində ərazi məsələsində hələ də kompromis tapılmayıb.