Unicapital təqdim edir: FINCA-nın yüksək gəlirli dollar istiqrazları | Banco.az

Unicapital təqdim edir: FINCA-nın yüksək gəlirli dollar istiqrazları

Sərmayənizi sabit gəlirlə gücləndirin! Unicapital bazara FINCA Azərbaycanın dollar istiqrazlarını təqdim edir — illik 9% gəlir və 24 aylıq tədavül müddəti ilə bu istiqrazlar passiv gəlir axtaran hər kəs üçün ideal investisiya fürsətidir. Bununla yanaşı, birinci ilin tamamında istiqrazlara geri alış təminatı da verilir.


İstiqrazların ABŞ dolları ilə buraxılması investorların gəlirini sabit və etibarlı şəkildə planlaşdırmağa imkan yaradır. 9%-lik illik gəlirlilik isə bazarda rəqabətli göstərici olmaqla yanaşı, qısamüddətli qazanc əldə etmək istəyənlər üçün səmərəli alternativ təklif edir.

İstiqrazların əsas şərtləri:

  • Nominal dəyər: 100 USD
  • İllik faiz dərəcəsi: 9%
  • Tədavül müddəti: 24 ay
  • 1-ci buraxılış üzrə həcm: 3 000 000 USD
  • Faiz ödənişləri: rüblük

Maliyyə bazarlarında gəlirli investisiya imkanlarını dəyərləndirmək istəyən sərmayəçilər Unicapital-a müraciət edə bilərlər: https://unicapital.az/finca-azerbaijan-9-gelirle-dollar-istiqrazlari/

Ətraflı məlumat və alış üçün:  +994 50 527 11 17