BOKT"Viator Mikro Kredit Azərbaycan" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək | Banco.az

BOKT"Viator Mikro Kredit Azərbaycan" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

21 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC-nin ümumi dəyəri 350,000 (üç yüz əlli min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

21 dekabr 2022-ci il tarixində qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “Az-Finance İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Tel: (99412) 4989820; email: [email protected] ; http://www.bfb.az;

Address: 2A Hasan bay Zardabi, Baku, Azerbaijan, AZ 1141

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et