BOKT-lar dəyişiklik ərəfəsindədir | Banco.az

BOKT-lar dəyişiklik ərəfəsindədir

Azərbaycanda “Bank olmayan kredit təşkilatları haqqında qanun”a əlavə və dəyişikliklər ediləcək. Bunu Bakıda keçirilən “Maliyyə əhatəliliyini dəstəkləyən innovativ praktikalar: təcrübələrin öyrənilməsi” adlı 7-ci Mikromaliyyə Konfransında Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, qanunun təkmilləşdirilməsi mikromaliyyə təşkilatlarının fəaliyyətinin daha da şəffaflaşmasına, rəqabət mühitinin güclənməsinə və BOKT-ların ayırdığı kreditlərin faiz dərəcəsinin bir qədər də aşağı düşməsinə imkan verəcək.
Ziyad Səmədzadə onu da deyib ki, bu gün Azərbaycanda mikro kreditlərə əsasən kənd təsərrüfatı sektorunda ehtiyac var: “Bu kreditlər ona görə lazımdır ki, insanlar kəndlərdən şəhərlərə köçməsinlər”.  

Ən sərfəli kredit üçün müraciət et

Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et