Son zamanlar internet dünyasının ən aktual mövzularından biri də “Blockchain” (Blokçeyn) texnologiyası və ondan istifadə qaydalarıdır. Lakin mövzunun aktuallığına baxmayaraq, insanlar sözügedən texnologiyanın mahiyyəti haqqında çox az informasiyaya malikdirlər.
“Blockchain” şifrəli əməliyatların izləmə sistemini təmin edən paylanmış verilənlər bazasıdır. İstifadəçilər verilənlər bazasına vasitəçi olmadan daxil olub şəbəkəyə qoşula və istənilən əməliyyatları icra edə bilərlər. Şəbəkəyə vasitəçi olmadan rahat şəkildə qoşulduqlarına görə, userlər hansısa bir mərkəzi sistemə aid edilmirlər. Bütün əməliyyatlar yalnız alıcı və satıcı arasında əlaqəli bir şəkildə baş verir.
Satashi Nakamota tərəfindən istifadəyə verilən sözügedən texnologiyanın tarixi 2009-cu ilə təsadüf edir. “Blockchain”in yaradılmasında əsas məqsəd isə 2007-2008-ci illərdə yaşanan iqtisadi böhran olub. Yaranmış iqtisadi böhranın səbəbləri banklara alternativ ola biləcək bir sistemin yaradılmasına gətirib çıxarıb. “Blockchain” texnologiyası artıq nəzarətsiz şəkildə heç bir mərkəzə, təşkilata, ölkəyə və ya şəxslərə bağlı olmayan tamamilə azad idarə edilən sistemə çevrilib.
Hal-hazırda bu texnologiyanın istifadəçi sayı 1 milyona yaxın rəqəmi əhatə edir. Sözügedən texnologiya vasitəsilə pul yığmaq, alış-veriş və ya məhsulun satışı qarşılığında istifadə etmək mümkündür. Hər bir şəxs “Blockchain” əldə edərək ticari transferi həyatına daxil edə bilər. Qeyd edək ki, qarşılıqlı internet çıxışının olduğu hər bir sahədə “Blockchain” mübadiləsi aparmaq mümkündür. Bugün “Blockchain” sistemini sadəcə bank sektorunda deyil, seçkilər zamanı səsin hesablanmasında, vergilərin yığılmasında, elektron hökumətin təşkilində, hətta musiqi sahəsində də istifadə edilir. Bu texnologiyanın digər üstünlükləri isə mülkiyyət hüquqlarını, öncədən verilmiş istiqrazları, yol hərəkəti qaydalarını, nigahların rəsmiləşdirməsinə qədər bütün məlumatları özündə saxlamasıdır. “Blockchain” kağıza yazıla biləcək bütün məlumatlar yazır, amma bu məlumatları dəyişmək, köçürmək və ya saxtasını yaratmaq mümkün olmur.
Ted.az