Avropa İnvestisiya Bankı (AİB) “Bakı Metropoliteni” QSC-nin yeni infrastruktur layihəsinin hazırlanması ilə bağlı koordinasiya və texniki dəstək mexanizmlərinin formalaşdırılması prosesinə başlayıb.
AİB tərəfindən həyata keçiriləcək texniki yardım Bakı metrosu üzrə nəzərdə tutulan yeni layihənin ekoloji və sosial standartlara uyğun şəkildə hazırlanmasını, həmçinin prosesin yerli qanunvericilik çərçivəsində qiymətləndirilməsini əhatə edir.
Bu mərhələdə layihənin Ekoloji və Sosial Təsir Qiymətləndirilməsi (ESIA) tələblərinə uyğunlaşdırılması və beynəlxalq normaların tətbiqi nəzərdə tutulur.
