Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada biznes inamı noyabr ayında gözlənilmədən aşağı düşüb.
Banco.az xəbər verir ki, mərkəzi Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutu (Ifo) təxminən 9 min şirkətin iştirakı ilə keçirilən Almaniya Biznes Sorğusunun noyabr ayı nəticələrini açıqlayıb.
Buna əsasən, Almaniyada ötən ay 88,4 xal olan Ifo Biznes Mühiti İnam İndeksi şirkət rəhbərlərinin gələcək dövrə dair gözləntilərinin pisləşməsi səbəbilə noyabrda 88,1 punkta düşüb. Beləliklə, indeksdə 6 ay davam edən artım tendensiyası sentyabrda dayanmış, oktyabrda yenidən yüksəlmiş, noyabrda isə bir daha geriləmiş olub.
Bazar gözləntisi indeksin 88,5 punkta yüksələcəyi istiqamətində idi.
Noyabr ayında Ifo Proqnozlar İndeksi 91,6 xaldan 90,6 punkta enib, Cari Vəziyyət İndeksi isə 85,3-dən 85,6-ya yüksəlib.
Ifo sorğusunda qeyd olunur ki, istehsal sektorlarının gələcəyə dair gözləntilərində pisləşmə müşahidə edilib və yeni sifarişlərin sayı azalıb.
Xüsusilə pərakəndə sektorunun Milad mövsümünün başlanğıcında məyus olduğu bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
