Tramp və Şi Cinpin telefon danışığı aparıblar | Banco.az

Tramp və Şi Cinpin telefon danışığı aparıblar

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Prezidenti Donald Tramp ilə Çin Dövlət Başçısı Şi Cinpin arasında telefon danışığı həyata keçirilib.

Banco.az xəbər verir ki, Çinin yerli qəzetlərindən Xinhua-nın xəbərinə görə, Çin Dövlət Başçısı Şi iki ölkənin II Dünya Müharibəsi zəfərinin nəticələrini birlikdə qoruma məsuliyyəti daşıdığını vurğulayıb.

Çin ilə Yaponiya arasında Tayvanla bağlı diplomatik gərginliyin yüksəldiyi bir dövrdə keçirilən görüşdə Şi Tayvanın Çinə geri dönüşünün müharibədən sonrakı beynəlxalq nizamın əsas elementlərindən biri olduğunu bildirib.

Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Şi iki liderin 30 oktyabrda Cənubi Koreyanın Pusan şəhərində keçirdiyi görüşün müsbət təsirlərindən məmnunluğunu ifadə edərək, “Çin və ABŞ-ın uğur üçün bir-birini dəstəkləməsi və birlikdə rifaha nail olması vizyonu əldə oluna biləcək konkret bir hədəfə çevrildi” sözlərini dilə gətirib.

Görüşdə tərəflər Ukraynadakı vəziyyəti də müzakirə ediblər. Şi Çinin bütün sülh təşəbbüslərini dəstəklədiyini vurğulayaraq, bütün tərəflərin fərqlilikləri aradan qaldıraraq ədalətli, davamlı və bağlayıcı bir sülh sazişinə ən qısa zamanda nail olmasını arzuladığını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram