Bitkoinin birjaya çıxması onu daha da bahalaşdıra bilər | Banco.az

Bitkoinin birjaya çıxması onu daha da bahalaşdıra bilər

Bitkoin virtual kriptovalyutası üzrə dekabrın 18-dən etibarən ABŞ-ın Çikaqo fond birjaları - CME və CBOE-də fyuçers əməliyyatlarına başlanılması gözlənilir.

Bitkoinlə təşkilatlanmış bazarlarda əməliyyatların başlanılmasından sonra volatilliyin azalması proqnozlaşdırılsa da, ilkin mərhələdə törəmə alətlər bazarının (derivative market) reaksiyası fərqli ola bilər.

Analitik qrup bildirir ki, maliyyə bazarının iri oyunçularının (banklar, sığorta şirkətləri, pensiya fondları, investisiya fondları, ETF fondları və s.) bitkoinə marağı nəticəsində qiymətlərdə artım davam edə bilər. Hətta qiymət artımının kəskin olması və bitkoinin 30 000 dollara qədər bahalaşması mümkündür. Xatırladaq ki, bu gün bitkoinin qiyməti 15 000 dollar səviyyəsini də ötüb və hazırda 14 400-ə satılır. Bu isə o deməkdir ki, bitkoinin kapitallaşması 315 mlrd. dollara çatıb. Qeyd edək ki, bu rəqəm maliyyə bazarları üçün o qədər də böyük məbləğ sayılmır.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən, hazırda bir çox investisiya şirkətinin investisiya strategiyalarına robotlar nəzarət edir. Onlar riyazi alqoritmlər əsasında hesablamalar aparır və özləri qərar verə bilir. Bitkoinin qiymətində anormal yüksəlmələr isə bu robot-proqramların eyni zamanlı satış qərarı verməsinə səbəb ola bilər. Nəticədə, bitkoinin qiymətində kəskin azalmalar mümkündür.

Analitik qrup bildirir ki, bitkoin uğurlu başlanğıc həyata keçirərsə, ardınca digər "coin"lərin də fond birjalarına çıxması imkanları artacaq.

Xatırladaq ki, CBOE birjası CME-dən bir həftə öncə, dekabrın 10-dan əməliyyatlara başlayacağını bildirib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et