Bitcoin 1000 dollaradək enə bilər | Banco.az

Bitcoin 1000 dollaradək enə bilər

“Wall Street”-in analitiki Peter Bukvarın fikrincə, ötən ay Bitcoin-də müşahidə olunan eniş daha pis bir ssenaridən xəbər verə bilər.

“Bleakley” İnvestisiya Qrupunda baş investisiya səlahiyyətlisi Peter Bukvar kriptovalyutaların 90% civarında enə biləcəyini bildirib. O, həmçinin, qiymətlərin xüsusilə yüksəldiyi 2017-ci ilin fevral ayından bu yana görmədiyi səviyyələrə qayıtdığını da vurğulayıb.

“Wall Street”-in analitiki təhlükəli bir ssenari proqnozlaşdırır

Peter Bukvar qiymətlərin daha da enə biləcəyini iadə edərək bu fikirləri qeyd edib:

“İl ərzində Bitcoin-in qiyməti 1000 dollarla 3000 dollar arasında dəyişərsə, buna təəccüblənmərəm”.

“CoinMarketCap”-in məlumatlarına görə, Bitcoin-in qiyməti ötən gün səhər saatlarında 12 % azalaraq 10 min dollar səviyyəsində qalıb.

“Qiymət dəyişikliyi “Wall Street”-ə çata bilər”.

Ən sərfəli kredit üçün müraciət et

Bukvar Bitcoin-in yox olmasını gözləmədiyini, ancaq qlobal faiz dərəcələrinin yüksəlməsinin bu enişdə məsuliyyət daşıdığını bildirib. Onun fikrincə, qlobal iqtisadi böhranın təsirlərini azaltmaq üçün hazırlanan pul siyasətləri kəmiyyət olaraq asanlaşdırıldığı kimi, Bitcoin-in hələ də yaşadığı enişdə məsuliyyət daşıyır.

Bukvar son olaraq aşağıdakı fikirləri səsləndirib:

“Kriptovalyutalardakı qiymət dəyişikliyi səbəbi ilə problemin iqtisadiyyatın sağlam quruluşuna baxmayaraq, “Wall Street”-ə keçmək ehtimalı var”.

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az