Birləşmiş Ərəb Əmirliklərindən Bakıya yeni aviareys açılır | Banco.az

Birləşmiş Ərəb Əmirliklərindən Bakıya yeni aviareys açılır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Air Arabia" aşağıbüdcəli aviaşirkəti Bakıya birbaşa uçuşlar həyata keçirməyi planlaşdırır. "Report"un BƏƏ saytlarına istinadən verdiyi xəbərə görə, loukost şirkət 2017-ci il martın 23-dən etibarən həftədə 4 dəfə Şarja beynəlxalq hava limanından Azərbaycan paytaxtına və əks istiqamətdə uçuşların yerinə yetirilməsinə başlayacaq.

Artıq uçuşların qrafiki də müəyyənləşdirilib. Belə ki, həftənin cümə axşamı və bazar günləri saat 07:55-də təyyarə Şarja hava limanından qalxacaq və 10:50-də (yerli vaxtla) Heydər Əliyev beynəlxalq hava limanına enəcək. Eyni günlərdə Bakıdan uçuş 11:30-da başlayacaq və təyyarə 14:10-da (yerli vaxtla) Şarjaya çatacaq.

Ən sərfəli kredit üçün müraciət et

Həftənin çərşənbə axşamı və şənbə günləri isə təyyarə Şarjadan gecə 02:55-də havaya qalxacaq və 05:50-də Bakıda enəcək. Əks istiqamətdə isə reyslər 06:50-də yerinə yetiriləcək və Şarja hava limanına 09:30-da çatacaq.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et