Tamara Mustafayeva, Banco.az
Microsoft şirkətinin təsisçisi Bill Qeytsə məxsus investisiya şirkətinin aviasiya şirkəti satın almağa hazırlaşdığı məlum olub. Qeytsin almaq istədiyi sözügedən şirkət üçün 4.3 milyard dollar təklif etdiyi bildirilir.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Bill Qeytsin sahib olduğu "Cascade Invesment" şirkəti İngiltərənin "Signature Aviation" adlı transmilli hava yolu şirkətini satın almağa hazırlaşır.
Qeyd edək ki, iqlim dəyişikliyi ilə bağlı açıqlamalarından sonra Bill Qeytsin belə bir addım atması bir sıra narazılıqlara səbəb olub. Çünki araşdırmalar göstərir ki, özəl təyyarə səfərləri zamanı sərnişin təyyarələrinə nəzərən 40 dəfə daha çox karbon emissiyası xaric edilir.
Xatırladaq ki, Bill Qeyts fevral ayında iqlim dəyişikliyi ilə bağlı kitab nəşr etdirəcəyini bildirmişdi.
Həmçinin oxu: Bill Qeyts uşaqlarına nəyi qadağan edib?
Bizi sosial şəbəkələrdən izləyin!!