Tamara Mustafayeva, Banco.az
Bill Qeyts verdiyi müsahibələrin birində 14 yaşı tamam olmamış uşaqlara ağıllı telefon alınmasını doğru hesab etmədiyini söyləyib. Bill Qeytsin bu sözləri valideynlərin mümkün olduğu qədər uşaqların texnoloji alətlərdən istifadə meylinə qarşı mübarizə aparmasını məsləhət görən mütəxəssislər tərəfindən də dəstəklənib. Dünyanın ən varlı iş adamlarından olan Bill özünün və həyat yoldaşı Melindanın övladlarından üçünə də 14 yaşına qədər telefon almayacağını bildirib.
Bill və Melinda həmçinin ailələri ilə daha çox vaxt keçirmək üçün telefona sərf etdikləri vaxtı da məhdudlaşdırdıqlarını söyləyirlər. Öz qayda-qanunları olan və nizam-intizam yaratmağa çalışan milyarder məsələ ilə bağlı fikirlərini belə ifadə edir:
“Bizim evdə yemək masası arxasında əyləşərkən üzərimizdə mobil telefonlar olmur, uşaqlarımıza 14 yaşına qədər mobil telefon vermirik və onlar da yaşıdlarının erkən yaşda telefondan istifadə etməsini doğru hesab etmirlər.”
Həmçinin oxu: Övladlarına miras qoymağı düşünməyən 5 milyonçu
Bizi sosial şəbəkələrdən izləyin!!