BFB qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmini açıqlayıb | Banco.az

BFB qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmini açıqlayıb

Bakı Fond Birjasında 01.01.2022-31.03.2022 tarixləri ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 5 milyard 101 milyon 621 min manat təşkil edib.

Birjanın yaydığı məlumatda bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızlar üzrə ticarət həcmi 67%, repo əməliyyatları 103%, korporativ qiymətli kağızlar üzrə olan repo əməliyyatları 294%, ticarətin ümumi həcmi isə 20% artıb.

2022-ci ilin mart ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4 milyard 80 milyon 241 min manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram