Müəllif: Gülnar Əhmədli, Banco.az
TuranBank-ın xalis mənfəəti 2026-cı ilin yanvar-iyun aylarında 5 milyon 14 min manat təşkil edib. Bu, illik müqayisədə 2 milyon 841 min manat və ya 2,3 dəfə çoxdur.
Banco.az bankın maliyyə hesabatına istifadən xəbər verir ki, iyun ayının sonunda bankın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 43 milyon 839 min manat və ya 4,8% artaraq 951 milyon 15 min manat olub.
Hesabat dövründə bankın kredit portfeli böyüyüb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə TuranBank-ın ümumi kredit portfeli 699 milyon 539 min manat, əmanət portfeli isə 462 mln. 869 min manat olub.


Bizi sosial şəbəkələrdən izləyin!!
