Bəzi məşhur markalar xarici ölkələrdə hansı fərqli adlardan istifadə edir? | Banco.az

Bəzi məşhur markalar xarici ölkələrdə hansı fərqli adlardan istifadə edir?

Dünyaca məşhur bir çox marka mövcuddur ki, öz adları ilə bazara girmirlər. Lakin bazara daxil olduqları ölkədə,  adların dəyişsələr belə loqoların dəyişmirlər. Bəs buna səbəb nədir?

Məsələn bir gün Avstraliyaya yolunuz düşsə, orada Hungry Jack's restoranının menyusunda Whooper, Steakhouse Burger kimi adlar görsəz yəqin təəccüblənərək deyəcəksiniz ki, axı bura Burger King restoranı deyil axı bu fast-foodlar burda nə gəzir? Çünki bəzi markalar hər hansı ölkəyə daxil olanda öz adını dəyişdirməyə məcbur olur.

Burger King

İlk restoranını 1954-cü ildə Miamidə açan sözü gedən Françayzing şirkəti öz adı və loqosunu hər yerdə tanıtmağa başlayır. Lakin Avstraliyaya gəlib çıxdıqda burda eyni adlı restoran görür. Hal belə olanda Avstraliyada fərqli adla bir restoran açmağa məcbur oldu, bu restoranın da adı Hungry Jack's idi.

Axe

1983-cü ildə ilk dəfə Fransada öz parfümeriya şəbəkəsini yaradan dünyanın ən böyük qida və digər istehlak mallarının əsas istehsalçısı olan Unileverin Axe şirkəti də Burger King kimi bəzi ölkələrdə eyni adla  fərqli sektor üzrə fəaliyyət göstərən şirkətlərlə qarşılaşır. Özü də Axe adı ingiliscə balta mənasına gəldiyindən və bu adın parfümeriya ilə bir əlaqəsi olmadığından yeni bir ad lazım idi. Şirkət Birləşmiş Krallıq, Yeni Zellandiya, Avstraliya, Çin, İrlandiya kimi ölkələrdə Lynx adı ilə fəaliyyətdədir.

Danone

Ən sərfəli kredit üçün müraciət et

İspaniyalı əczaçı İsaac Carasco şirkəti qurarkən marka adı olaraq oğlu  Danielin ailədə çağrılış şəkli olan Dandan ilham alıb. Marka Amerika bazarına girdikdə isə onların dilinə yatması üçün Danone oldu, lakin amerikanlılar bu sözü dan-one kimi səsləndirməyə başlamışdılar.  Belə olduqda şirkət öz ismini dəyişərək Dannon qoydu.

Rexona

Yenə bir Unilever məhsulu olan Rexona  əvvəllər türkiyədə Reward olub. Birləşmiş Krallıqda Sure, ABŞ’da Degree, Yaponya’da Rexena ve Cənubi Afrika-da ise Shield olarak tanınır.

Lay's

Əslində əvvəllər 1948-ci ildə birləşmiş krallıqda Walkers adı ilə bazara çıxarılıb. 1989-cu ildə Pepsico şirkəti Walkersi satın alaraq ona aid olan Frito-Lay şirkətinə istinadən Lay's adı ilə Uels, İngiltərə, Şotlandiya, Şimali İrlandiya bazarlarında satışa buraxır. 

Twix

1967-ci ildə Birləşmiş Krallıqda Raider adı ilə marketlərdə satışa çıxarılır,  1979-cu ildə isə Twix adı ilə Amerika bazarına daxil olur. Hansı daha yaxşıdır  Twix yoxsa Raider?

Xəzər Aslanov. Banco.az