Gürcüstanın Azərbaycana ixracı 4%-dək azalıb | Banco.az

Gürcüstanın Azərbaycana ixracı 4%-dək azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsinin dəyəri 1 milyard 93 milyon 658 min dollara bərabər olub.

Banco.az Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, ötən 10 ayda Gürcüstandan Azərbaycana ixracın dəyəri 587 milyon 850 min dollar təşkil edib. Bu da illik müqayisədə 3,8% azdır. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 10.1%-ni təşkil edib.

2024-cü ilin yanvar-oktyabr ayında bu ölkədən Azərbaycana ixracın dəyəri 610 milyon 958 min dollar olub. 

Gürcüstandan idxal isə 505 milyon 807 min dollara bərabər olub. Bu isə 2024-cü ilin 10 ayına nisbətdə 10,2% artım deməkdir. Ötən ilin eyni dövründə bu göstərici 459 milyon 56 min dollar təşkil edirdi. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram