Tamara Mustafayeva, Banco.az
Beynəlxalq Valyuta Fondu (BVF) Avropa İttifaqının (Aİ) büdcə qaydalarını yeniləməli və yüksək borcu olan ölkələrin büdcə kəsirlərini bir neçə ilə qədər azaltmalı olduğu bildirib.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, BVF “Avropa İttifaqının Maliyyə Çərçivəsinin İslahatları-Fiskal Qaydaların və Təşkilatların Gücləndirilməsi” adlı hesabatını dərc edib.
Hesabatda bildirilib ki, Aİ-nin mövcud fiskal qaydaları büdcə kəsirlərinin məhdudlaşdırılmasına müəyyən təsir göstərsə də, valyuta ittifaqının sabitliyini təhdid edən və zəiflikləri üzə çıxaran büdcə kəsirlərinin və borc nisbətlərinin qarşısını almayıb.
Aİ-nin fiskal çərçivəsinin maliyyə risklərinə nəzarət etmək və hasilatı sabitləşdirmək üzrə uğursuz keçmişə malik olduğu vurğulanan hesabatda, "Aİ maliyyə çərçivəsi islahatlara ehtiyac duyur", sözlərinə yer verilib.
Bizi sosial şəbəkələrdən izləyin!!