"Beynəlxalq Bankın sağlamlaşdırılması üçün müvafiq tədbirlər görülür" | Banco.az

"Beynəlxalq Bankın sağlamlaşdırılması üçün müvafiq tədbirlər görülür"

“Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı fərmanın icrası ilə əlaqədar olaraq Azərbaycan Mərkəzi Bankı və Maliyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür”.

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Ən sərfəli kredit üçün müraciət et

Baş bankirin sözlərinə görə, sağlamlaşdırma çərçivəsində ABB-nin alacağı vəsaitlər kreditləşmənin həcmini artırmağa, faiz dərəcələrini azaltmağa, bankın müxtəlif sosial-iqtisadi proqramlara, o cümlədən də ipoteka proqramına qoşulmasına imkan verəcək.

E. Rüstəmov əlavə edib ki, AMB hökumətlə birlikdə özəl bank sektorunun sabitlik çərçivəsinin möhkəmləndirilməsi və dəstək alətlərinin təkmilləşdirilməsi istiqamətində  də çalışır.

Ən sərfəli krediti almaq üçün müraciət et