“ABB” ASC Kiçik və Orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsi üzrə Mütəxəssis, Aparıcı mütəxəssis və Baş mütəxəssis vakansiyaları elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
- Kiçik və orta sahibkarlıq kateqoriyasına aid müştərilərin kredit sifarişlərinin qəbul edilməsi və təhlili;
- Eyni kateqoriyaya aid yeni müştərilərin cəlb edilməsi;
- Müştərilərin biznesləri ilə tanışlıq məqsədi ilə biznes ünvanlarına səfər etmək;
- Eyni kateqoriyaya aid kredit portfelinin idarə edilməsi.
Vakant vəzifə üzrə tələblər:
- Ali iqtisadi təhsil;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Maliyyə təhlili və bank qanunvericiliyi ilə bağlı biliklərin olması;
- Sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Əla səviyyədə Rus və İngilis dili biliyinin olması arzuolunandır.
Bu iş sizə nələri qazandıracaq:
- Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
- Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
- Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
- Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 06 Aprel 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kiçik və Orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsi üzrə namizəd” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az