Bessent: Bütün İran aviaşirkətləri sabahdan etibarən bağlanacaq | Banco.az

Bessent: Bütün İran aviaşirkətləri sabahdan etibarən bağlanacaq

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, İranın bütün aviaşirkətləri sentyabrın 23-dən etibarən beynəlxalq fəaliyyət imkanlarını itirə bilər.

Banco.az xəbər verir ki, Bessentin sözlərinə görə, İran aviaşirkətlərinə xidmət göstərən xarici şirkətlər də ABŞ-ın ikinci dərəcəli sanksiyaları ilə üzləşə bilər. O bildirib ki, İran təyyarələri xarici hava limanlarına enərsə, onlara yanacaq və eniş xidmətləri göstərilməsi, eləcə də bilet satışı məhdudlaşdırılacaq.

“Əgər onlar eniş etsələr, yanacaqla təmin edə bilməzsiniz, eniş xidmətləri göstərə bilməzsiniz, bilet sata bilməzsiniz. Əks halda, dollar sistemindən çıxarılacaqsınız”, – Bessent deyib.

ABŞ Maliyyə naziri Vaşinqtonun Tehrana qarşı iqtisadi təzyiqi daha da artırdığını bildirib. Onun sözlərinə görə, ABŞ İranı dəstəkləyən maliyyə və digər qurumların fəaliyyətini məhdudlaşdırmaq üçün sanksiyalardan istifadə edir.