Bərpa olunan enerjiyə çevrilmə texnologiyalarına rekord məbləğdə investisiya qoyulub | Banco.az

Bərpa olunan enerjiyə çevrilmə texnologiyalarına rekord məbləğdə investisiya qoyulub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən il bərpa olunan enerjiyə çevrilmə texnologiyalarına qlobal investisiyaların həcmi 1,3 trilyon dollara çatıb.

Banco.az xəbər verir ki, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) “Bərpa Olunan Enerji Maliyyəsi Qlobal Görünüş 2023” hesabatına əsasən, investisiyalara bərpa olunan enerji, elektrik nəqliyyatı və istilik, enerjinin saxlanması, karbon tutma və hidrogen texnologiyaları daxildir.

İnvestisiya qoyuluşunun yüksək olmasına səbəb kimi ölkələr tərəfindən iqlim dəyişikliyi və nəticədə yaranacaq böhranın potensialının düzgün qiymətləndirilməsi və bu istiqamətdə hədəflərin müəyyən edilərək investisiyaların planlaşdırılması göstərilib.

Hesabatda fikirlərinə yer verilən IRENA direktoru Françesko La Kamera qlobal böhranların bərpa olunan enerji investisiyaları üçün çətinliklərlə yanaşı üstünlükləri də ehtiva etdiyini vurğulayıb. O bildirib ki, enerji səmərəliliyi də daxil olmaqla enerjiyə çevrilmə texnologiyalarına qlobal investisiyalar 1,3 trilyon dollara çatıb. Bu, yeni rekord olmaqla yanaşı, həm də ötən ilki göstəricidən 19 faiz artım deməkdir. Lakin qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün investisiya qoyuluşu dörd dəfə artmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et