Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın texnologiya nəhənglərindən biri olan “Alphabet”in bazar dəyəri ilk dəfə 4 trilyon dollar səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, “Google”un ana şirkəti olan “Alphabet”in səhmləri ABŞ-da bazarların açılmasından qısa müddət sonra 1,6 faiz bahalaşaraq 334,44 dollara yüksəlib və bununla da tarixi maksimum səviyyəni görüb.
Bu yüksəlişlə birlikdə “Alphabet”in bazar dəyəri müvəqqəti olaraq 4 trilyon dollar həddini keçib. Beləliklə, şirkət bu göstəricini keçən “Nvidia”, “Microsoft” və “Apple”dan sonra dördüncü şirkət olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
