Tramp administrasiyası 100 mindən çox vizanı ləğv edib | Banco.az

Tramp administrasiyası 100 mindən çox vizanı ləğv edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tramp administrasiyası 100 mindən çox vizanı ləğv edib.

Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının 2025-ci ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra 100 mindən çox vizanı ləğv etdiyi bildirilib.

ABŞ Dövlət Departamenti açıqlayıb ki, Tramp dövründə həyata keçirilən viza ləğvlərinin sayı keçmiş ABŞ Prezidenti Co Baydenin vəzifədə olduğu 2024-cü ilin sonu ilə müqayisədə iki dəfədən çox artıb. Nazirliyin açıqlamasında təxminən 8 min tələbə vizası da daxil olmaqla, ümumilikdə 100 mindən çox vizanın ləğv edildiyi qeyd olunub.

Ləğv edilən vizaların böyük hissəsinin viza müddətini keçmiş ixtisaslı işçilər və turistik məqsədlə səfər edən xarici vətəndaşlara aid olduğu bildirilib.

Açıqlamada təxminən 8 min tələbə və 2 min 500 ixtisaslı işçinin də hüquqi statusunu itirənlər arasında yer aldığı vurğulanıb. Vizaları ləğv edilən tələbə və işçilərin böyük əksəriyyətinin cinayət hadisələrinə qarışdığı və hüquq-mühafizə orqanları ilə üz-üzə qaldığı qeyd edilib.

Bildirilib ki, sözügedən ixtisaslı işçilərin təxminən 50 faizi sərxoş vəziyyətdə avtomobil idarə etmə, 30 faizi hücum, döyülmə və ya qanunsuz azadlıqdan məhrumetmə, qalan 20 faizi isə oğurluq, uşaqlara qarşı istismar, narkotik maddələrdən asılılıq və onların yayılması, eləcə də dələduzluq və mənimsəmə ittihamları səbəbilə hüquqi statuslarını itirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram