“PAŞA Bank”ın marketinq departamentinə direktor təyin edilib | Banco.az

“PAŞA Bank”ın marketinq departamentinə direktor təyin edilib

“PAŞA Bank” ASC-nin Marketinq departamentinə yeni direktor təyin edilib.

Banco.az xəbər verir ki, vəzifəyə Günel Mavliyarova təyin edilib.

G. Mavliyarova 2014-2025-ci illər ərzində “Kapital Bank” ASC-də Marketinq üzrə Mükəmməllik Mərkəzinə (Leader of Marketing CoE) rəhbərlik edib.

Yeni vəzifəsinə qədər isə “Birbank” ekosistemində marketinq üzrə məsləhətçi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Günel Mavliyarova Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr və magistr təhsili alıb. 2017-ci ildə Maastricht School of Management-in MBA proqramını  bitirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram