Bazardakı taksit kartlar bir-birindən nə ilə fərqlənir? | Banco.az

Bazardakı taksit kartlar bir-birindən nə ilə fərqlənir?

Taksit kartları – alınan malın dəyərini hissə-hissə ödəmək imkanı verən plastik alış-veriş kartlarıdır. Alış veriş kartları bir qayda olaraq müştərilərə faizsiz hissə-hissə ödəniş etmək imkanı yaradır.

Lakin burada ümumiyyətlə faizlər yoxdur demək düzgün olmazdı, çünki hazırda taksit kartlar həm də “grace period”-u olan kredit kartları kimi istifadə olunur.

Taksit kartları məhz satış-ticarət məntəqələrində istifadə etmək üçün nəzərdə tutulub, banklar sizə pulu müəyyən məhdudiyyətlərlə nağdlaşdırmaq imkanı verir. Bəzi kartlarda isə ümumiyyətlə nağdlaşdırma imkanı yoxdur.

Bunun əsas məqsədi odur ki, insanlar bu kartlardan məhz təyinat üzrə istifadə etsinlər, yəni dərhal kartdan pul çıxarıb, kartın özünü bir kənara qoymasınlar. Bütün bunlar isə nağdsız ödənişlərin stimullaşdırılmasında böyük rol oynayır. 

Taksit kartlarında bir qayda olaraq, partnyor şəbəkələrində edilən alış-veriş zamanı heç bir faiz hesablanmır.

Bazardakı taksit kartlar əsas xüsusiyyətlərinə görə bir-birinə bənzəsə də bəzi ciddi fərqlərə də rast gəlmək olur. Hazırda bankların müştərilərə təqdim etdiyi aktiv taksit kart məhsulları bunlardır.

Kartın adı

Bank

Qiyməti

İstifadə müddəti

 Nağdlaşdırma %-i

Bonus (maks)

Grace period (maks)

İllik faiz

Albalı Plus

Unibank

0

5

1-5.00*

1%

40

25-31%

Aykart

Dəmirbank

0

3

6.00

0.00

30

12%

Bolkart

Bank of Baku

0

5

2.50*

0.00

40

30%

Extra Card

ASB Bank

0

3

1.00

15,50

40

24%

Tele Kart

Nikoil Bank

0

2

1.00

4.00

-

16%

Worldcard

Yapı Kredi Bank Azərbaycan

25

5

2.33

10.00

40*

28%

Maxi Card

NBC Bank

0

3

   

-

-

Həzz Kart

AG Bank

0

3

 

10%-ə qədər

   

Ən sərfəli kredit üçün müraciət et


Qeyd: Albalı + kartının güzəşt müddətli və güzəşt müddəti olmayan növləri vardır. güzəşt müddəti olmayan Albalı Plus kartlarında nağdlaşdırma faizi 5%-i, güzəşt müddəti olan kartlarda isə 0,8-1% təşkil edir, nağdlaşdırma faizi isə müştərinin kredit reytinqından asılıdır. Hər iki növdə olan kartda 4 Bank məhsulu cəmləşibdir:taksit kartı, kredit kartı, debet və depozit kartı.

Bolkart-da nağdlaşdırma yalnız kampaniya dövrlərində mümkün olur və nağdlaşdırma komissiyası da kampaniyadan asılı olaraq dəyişə bilər. Amma əksər hallarda bu rəəqm 2,5 % olur. Bankda qüvvədə olan cari kampaniyada isə nağdlaşdırma faizi 3%-dir.

Worldcard-da Grace Period  (güzəşt müddəti)– bankın tərəfdaş olmayan, qeyri partnyor satış məntəqələrində edilmiş nağdsız ödənişlərə aiddir. Nağd ödənişlər zaman faizlər çıxarış edildiyi gündən etibarən hesablanır. 

Banco.az da elə indi Worldcard sifariş elə və bir illik xidmət haqqından azad ol.

Gördüyünüz kimi,  Maxi CardHəzz Kart yalnız partnyor şəbəkələrdə istifadə üçün nəzərdə tutulub və həmin kartlarda nağdlaşdırmaq imkanı yoxdur, həmçinin illik faiz, möhlət müddəti və nağdlaşdırma faizləri də mövcud deyil.

Albalı +, WorldcardBolkart, o cümlədən Extra CardAykart isə təkcə partnyorlala deyil, digər dükanlarda alış veriş-etmək və müəyyən müddət ərzində xərclənmiş pulu geri qaytarıb, heç bir faiz ödəməmək imkanı verir. Hal-hazırda ən geniş partnyor ticarət obyektlər şəbəkəsi isə də məhz Worldcard-a məxsusdur. 

Bu kartları həm ölkə daxilində, həm də ölkədən kənarda rahat istifadə edə bilərsiniz.

Albalı +, Worldcard Bolkart daha geniş partnyor şəbəkəsinə malikdir. Müəyyən brend dükanlar vardır ki, bu kartların hər üçü ilə əməkdaşlıq edir. Lakin elə dükanlarda vardır ki, partnyor olaraq özünə yalnız bir kartı seçmişdir, yəni digər iki karta hissə-hissə deyil, bir dəfəlik ödəniş etmək imkanı verir.

Tele Kart-da “Grace period” yoxdur, lakin illik faiz 16%, taksit sayı isə 12 aydır. Yəni siz ölkə xaricində (və ya qeyri partnyor dükanlarda) xərclədiyiniz məbləği 12 ay müddətinə illik 16%-lə geri ödəyəcəksiniz.

Albalı + və Tele Kart kartlarının bir oxşar cəhəti vardır ki, bu da kartda sənin öz şəxsi vəsaiti daşımaq imkanındır.

Albalı + kartında siz öz şəxsi vəsaitiniz üzərindən 6%-ə qədər gəlir əldə edə bilərsiniz, yəni bu vəsaiti kartda depozit kimi saxladıqda baş verir.

Tele Kart-da isə siz öz şəxsi vəsaitinizi partnyor dükanlar şəbəkəsində xərcləyərək, alış-verişin 4%-i civarında bonus əldə edə bilirsiniz. Yəni pulu xərcləyərək qazanırsınız.

Əgər Worldcard sahibləri öz şəxsi vəsaitlərini yerləşdirmək və kredit deyil, öz vəsaitlərini xərcləyərək ballar toplamaq istəyərsə, bu zaman Worldcard üzərinə Pulkart da sifariş edə bilər. Pulkart ilə istənilən POS terminallarda ödəniş edildiyi zaman əlavə bal qazanılır və qazanılan bal ilə World Üzv Ticarət Obyekti şəbəkəsinə aid bütün ticarət obyektlərində alış-veriş etmə şansı verir. Worldcard sifarişi zamanı Pulkart tələbi də edildikdə, Pulkart ödənişsiz olaraq təqdim edilir, yalnız Pulkart tələbi edildikdə isə, debet kartı əldə etmək üçün 5 AZN dəyərində ödəniş edilir.

Albalı +Pulkartda öz şəxsi vəsaitinizi bankın öz ATM-lərində nağd şəkildə çıxardıqda heç bir komissiya tutulmur. (borc vəsaitlərin nağd şəkildə çıxarılması isə nisbətən fərqlidir). Tele Kartda nağd pulun çıxarılmasına görə komissiya 1%-dir (şəxsi vəsaitlərdə).

Borc vəsaitin nağd pul şəkilində çıxarılması Albalı+ Standart-da aylıq 5%, Albalı+ Gold-da aylıq 1%, Tele Kartda aylıq 2%, Worldcardda isə aylıq təxminən 2,34% edir. Boklartda bu rəqəm 2,5% təşkil edir.

Bu kartların hər birinin bir ortaq cəhət vardır ki, o da partnyor təşkilat və müəssisələr ilə əməkdaşlıq etməsidir. Əgər siz partnyor müəssislərdə bu kartlardan hər hansı biri ilə alış-veriş etsəniz, onda ödədiyiniz məbləği heç bir faiz hesablanmadan bərabər hissələrlə taksitdə göstərilən müddətdə geriyə ödəyə biləcəksiniz. 

Məsələn, 36 manatlıq alış veriş, 6 aylıq taksitlə verilən məhsulla alsanız, onda ayın 1-dən 10-a qədər (Worldcard-da isə faktura kəsildiyi gündən 10 gün ərzində) olan müddətdə 6 manat ödəniş etməyiniz kifayət edəcək. Bu altı manat yenindən sizin limitiniz üzərinə əlavə olunacaq. (Əgər limitin 500 AZN olarsa, alış verişdən sonra kartınızda, 464 AZN qalır, növbəti ayın 1-dən 10-a qədər 6 manat ödəyirsiniz və limitiniz 470 manat olacaq.  

Bəs tərəfdaş şəbəkələrdə alış-veriş etməyin üstünlüyü nədir?

Əsas üstünlük 1-ci cədvəldə də gördüyünüz kimi müxtəlif bonuslar (ballar) toplamaq və həmin balları nağd pulla əvəzləmək imkanıdır.

Qeyd etmək lazımdır ki, alış-veriş kartlarından istifadə zamanı ticarət obyektlərində sizə təqdim olunan qiymət məhsulun nağd qiymətindən fərqlənə bilər (partnoyrdan və ödənişin neçə ay ərzində edilməsindən asılı olaraq bu qiyməti faizi 1%-də 11%-ə qədər ola bilər, lakin elə məhsullar vardır ki, onlarla bağlı bu qiymətlərdə fərq yoxdur. Yəni həmin dükanlarda “nağd” qiymətinə alış-veriş edirsiniz. Bu müəyyən kampaniyalar müddətində də ola bilər.

K. Soltanova| Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et