Bu il Azərbaycan 113 milyon dollarlıq mebel idxal edib | Banco.az

Bu il Azərbaycan 113 milyon dollarlıq mebel idxal edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 112 milyon 922 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.

Banco.az xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2024-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 6 milyon 155 min dollar və ya 5,2% azalıb.

2024-cü ilin yanvar-sentyabr aylarında ölkəyə 119 milyon 51 min dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, 9 ayda bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0.67% bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram