Bayden AI çiplərinin ixracını məhdudlaşdırmağa hazırlaşır | Banco.az

Bayden AI çiplərinin ixracını məhdudlaşdırmağa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Co Baydenin administrasiyası vəzifəsindən getməzdən əvvəl süni intellekt çiplərinin ixracına əlavə məhdudiyyətlər qoymağı planlaşdırır.

Banco.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası vəzifədən ayrılmadan bir neçə gün əvvəl “Nvidia Corp.” kimi şirkətlərin süni intellekt çiplərinin ixracına əlavə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. Bu, qabaqcıl texnologiyaları Çin və Rusiyanın əlinə keçməsindən qorumaq məqsədilə atılan son addım kimi qiymətləndirilir.

Məsələyə yaxın mənbələrin verdiyi məlumata görə, ABŞ həm ölkə, həm də şirkət səviyyəsində məlumat mərkəzlərində istifadə olunan süni intellekt çiplərinin satışını məhdudlaşdırmaq istəyir. Bununla, süni intellektin inkişafını dost ölkələrdə cəmləşdirmək və dünya üzrə müəssisələrin Amerika standartlarına uyğunlaşmasını təmin etmək hədəflənir.

Həmin mənbələr bildirirlər ki, süni intellekt sahəsində istifadə olunan çiplərin ixracını məhdudlaşdırmaqla bağlı yeni qaydalar cümə günü elan oluna bilər. 

Bundan sonra isə ABŞ-ın az sayda müttəfiqi Amerika çiplərinə məhdudiyyətsiz çıxışını davam etdirəcək. Eyni zamanda, düşmən ölkələrdən ibarət bir qrupun yarımkeçiriciləri idxal etməsi faktiki olaraq qarşısı alınacaq. Dünya ölkələrinin böyük əksəriyyəti isə düşmən kimi təsnif edilən ölkələrə ötürülə biləcək ümumi hesablama gücünə məhdudiyyətlərlə üzləşəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, süni intellekt çiplərinin aparıcı istehsalçısı “Nvidia”nın səhmləri “Bloomberg”in plan haqqında məlumat verməsindən sonra gec saatlarda həyata keçirilən birja əməliyyatlarında 1 faizdən çox ucuzlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram