Bankların valyuta fırıldaqçılğı nəyə gətirib çıxardı? | Banco.az

Bankların valyuta fırıldaqçılğı nəyə gətirib çıxardı?

Dünyanın 6 böyük bankı valyuta bazarında fırıldaqçılığa əl atdığına görə ümumi məbləği 6 milyard dollar cərimə ödəməli olacaqlar.

On il ərzində belə bir cinayət əməlində günahkar kimi ən böyük Amerika bankları isə JPMorgan və Citigroup oldu. 

Eləcə də avro və dollar kursunun danışılmış manipulyasiyasında britaniyanın "Barclays" və "Royal Bank of Scotland" da iştrak edib.

“Treyderlərin bankları adından belə hərəkətlər edərək işlədikləri qurumu varlandırması o qədər sistematik baş verib ki, biz buna görə məsuliyyətin banklar arasında və ən yüksək səviyyədə bölüşdürülməsinə qərarı vermişik”- deyə ABŞ baş prokuroru Loretta Linç nəzərə çatdırıb.

İsveçrənin UBS bankı isə cinayət məsuliyyətindən yayına bilib. Belə ki, antiinhisar qanunu pozmağına baxmayaraq Amerika hakimiyyətinə sövdələşmə barədə xəbər çatdıran da ilk onlar olub. Bank yalnız əvvəlki “günah”larına görə pul ödəməli olacaq.

“İndi reputasiya baxımından itkiləri söyləmək çox çətin olar. Belə ki, investorlar və treyderlər bir qayda olaraq ümumi məbləğin üstünü örtməyə çalışacaqlar. Banklara gəldikdə isə belə qayda pozuntuları və hərəkətlərin qarşısının alınması yönündə növbəti addım atıldığını düşüşnrəm”- deyə iqtisadi analitik Alastera Makkeyq bildirib.

Ən sərfəli kredit üçün müraciət et