Biznes kartları şirkətlərin təsərrüfat, ezamiyyət və digər xərclərini həyata keçirməsi üçün nəzərdə tutulub. Kartlar şirkətin cari hesabına bağlanır, bununla da, şirkət cari hesabındakı olan vəsaitini bank kartı ilə idarə edə bilir. Buna baxmayaraq, hər bir kart üzrə fərdi limit müəyyən etmək də mümkündür.
Banco.az olaraq bu dəfə də bankların biznes kartlarını araşdırdıq. Biznes kartlarının şərtləri hüquqi şəxslər və fərdi sahibkarlar üçün fərqlidir. Bu araşdırma isə yalnız hüquqi şəxslərə məxsus biznes kartlarını əhatə edir.
Kartların müddəti bankdan asılı olaraq 1,2,3 və ya 5 illik təqdim olunur. Kartların qiymətləri ilə cədvəldən tanış ola bilərsiniz.
Kartlardan nağdlaşdırma zamanı bankın komissiyasından əlavə 1% vergi tutulur ki, bu da Vergilər Məcəlləsinə əsasən tənzimlənir. Lakin bəzi bankların kartları ilə onlayn əməliyyatlar üçün nəzərdə tutulduğundan nağdlaşdırmaq mümkün deyil.
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!