Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları bu ilin yanvar-iyun aylarında müştərilərə verilmiş kreditlərdən 1 milyard 508 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 274 milyon manat və ya 22,2% çoxdur.
Banklar 2023-cü ilin birinci yarısında (yanvar-iyun) 1 milyard 234 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.
Ötən 6 ayda bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 294 milyon manat (17.6%) artaraq 1 milyard 962 milyon manata yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!