Bankların hansı kampaniyalarından yararlana bilərsiniz? - ARAŞDIRMA | Banco.az

Bankların hansı kampaniyalarından yararlana bilərsiniz? - ARAŞDIRMA

Banklar yeni müştərilər cəlb etmək və öz müştərilərinin loyallığını qorumaq üçün mütəmadi olaraq kampaniyalar təşkil edir. Banco.az olaraq bankların hal-hazırda aktiv olan kampaniyaları araşdırdıq. Kampaniyalar haqqında ətraflı məlumatı onun adına klikləməklə və ya bankların rəsmi facebook səhifələrindən ətraflı məlumatla tanış ola bilərsiniz. 

1. AccessBank

Müəllimlər ayı 

Oktyabr ayının sonuna qədər davam edən kampaniyada təhsil işçiləri illik 19% olmaqla 30 000 AZN-dək nağd kredit əldə edə bilər.

-Sərfəli başlanğıc

Fərdi sahibkar və hüquqi şəxs olan yeni müştərilər üçün nəzərdə tutulmuş bu kampaniyada bu şəxlər bəzi əməliyyatları komissiyasız edə biləcəklər. Eyni zamanda Yeni müştərilərə hesabın açılması, biznes kartlar, onlayn bankçılıq, əməkhaqqı kartları tamamilə pulsuzdur. Kampaniya dekabrın 30-dək qüvvədədir.

2. AFB Bank

- Dövlət qulluğu

Bu kampaniyadan dövlət qulluqçuları illik 18%-dən başlayaraq 15 000 manatadək 48 ay müddətində nağd kredit əldə edə bilər. Kampaniya noyabr ayının 15-dək davam edəcək.

3. AtaBank

“VİZA göstər, VİSA Al”

31 oktyabr 2019-cu il tarixinədək AtaBank filial və şöbəsinə yaxınnlaşıb şəxsiyyət vəsiqəsi və xarici pasport təqdim etməklə Visa kart əldə edə bilərsiniz.

- MasterCard istifadəçiləri 31 mart 2020-ci ilədək Medipol Beynəlxalq Sağlamlıq Mərkəzində səhiyyə xidmətlərindən 20%-lik endirimdən yararlana bilər.

4. Azər Türk Bank

Bu fəsil istədiyini al!

Noyabrın 29-dək 48 ay müddətinə 17%-lə 20 000 manatadək nağd kredit əldə edə bilərsiniz.

“Sizinlə gələcək” kampaniyası

Bu müddətsiz kampaniyadan xaricdə təhsil alan tələbələr yararlana bilər. Belə ki, şəxsiyyət vəsiqəsi və tələbə biletini təqdim etməklə MasterCard Standart kartını ala bilərsiniz.

5. Bank of Baku

- Biznesinizə Əla Dəstək kampaniyası ilə biznes kreditini 5% endirim ilə götürə bilərsiniz. Kampaniya 31 oktyabr tarixinə kimi davam edir.

- Neftçilər gününə özəl olaraq bu peşə sahiblərinə nağd kredit 18%-dən başlayaraq tətbiq olunacaq. Komissiya haqqına isə 50% endirim olacaq. Kampaniyanın son tarixi noyabrın 15-dir.

- +8 taksitədək HƏDİYYƏ

Kampaniya müddətində Bolkart taksit kartı ilə ən çox alış-veriş etmiş 18 nəfər Bolkartlı isə Bank of Baku-dan HƏDİYYƏ BAL-lar qazanacaq. Kampaniya 11.11.2019 tarixinədək davam edəcək.

- MasterCard istifadəçiləri 31 mart 2020-ci ilədək Medipol Beynəlxalq Sağlamlıq Mərkəzində səhiyyə xidmətlərindən 20%-lik endirimdən yararlana bilər.

6. Bank Respublika

- İlklər qazandırır

10 noyabradək davam edən bu kampaniyada müəllimlər əmək haqqı kartlarının ilk rəqəmləri qədər illik faiz dərəcəsində endirim qazanacaq.

- 10line kredit – 10% endirim

31.12.2019-cu il tarixinədək bankın rəsmi saytından və facebook səhifəsindən onlayn kredit sifariş edən 10% endirim əldə etmiş olur.

- Mikro kredit

Noyabr ayının sonunadək mikro kredit götürənlərə 11%-dən başlayan kredit faizi tətbiq olunacaq.

7. BTB Bank 

- Nağd pul krediti

Bank oktyabr ayının sonuna qədər dövlət və özəl müəssisədə çalışanlara, təqaüdçülərə, fiziki şəxslərə illik faiz dərəcəsi 18% olan 10 000 manatadək nağd kreditlər təklif edir.

- MasterCard istifadəçiləri 31 mart 2020-ci ilədək Medipol Beynəlxalq Sağlamlıq Mərkəzində səhiyyə xidmətlərindən 20%-lik endirimdən yararlana bilər.

8. Expressbank

- Enerji sahəsində çalışanlara bank Energetiklər günü münasibəti ilə 17%-dən başlayan nağd kreditlər təklif edir. Kampaniyanın bitmə tarixi 31 oktyabrdır.

9. Günay Bank

Ən sərfəli kredit üçün müraciət et

- Sərfəli kart, qalmadı kart

İlin sonunadək MasterCard alan müştərilərə kartın qiymətində 20% endirim əldə edəcək.

Wolt və Mastercard-ın birgə kampaniyası

 “Wolt” tətbiqetməsi vasitəsi ilə minimum 10 AZN-lik sifariş verən və sifarişini Mastercard -la ödəyən istənilən şəxslər 3 AZN Wolt krediti hədiyyə qazanır. Kampaniya 30 noyabradək qüvvədədir.

- MasterCard istifadəçiləri 31 mart 2020-ci ilədək Medipol Beynəlxalq Sağlamlıq Mərkəzində səhiyyə xidmətlərindən 20%-lik endirimdən yararlana bilər.

10. Kapital Bank

- Müəllimlər günü

Təhsil işçiləri BirKart vasitəsilə partnyor mağazalarından alış-veriş zamanı 5% cashback qazanır. BirKart Miles kartı olanlar isə 3 qat millər toplayacaq. Kampaniydan 31 oktyabradək istifadə edə bilərsiniz.

11. Muğan Bank

- MasterCard istifadəçiləri 31 mart 2020-ci ilədək Medipol Beynəlxalq Sağlamlıq Mərkəzində səhiyyə xidmətlərindən 20%-lik endirimdən yararlana bilər.

- 30 oktyabr tarixində 87 500 manat uduş fondu olan növbəti tiraj keçiriləcək. Ətraflı məlumatı Mugan Bankın rəsmi facebook səhifəsindən əldə edə bilərsiniz.

12. NBC Bank

- Pulsuz Premium Kartlar

Dekabrın 31-dək premium kartlar aldığınız zaman bankın tələb etdiyi miqdarda karta mədaxil olunduqda kart üçün heç bir ödəniş etmirsiniz.

13. PAŞA Bank

- Bank Visa kart sahibləri üçün yeni kampaniya elan edir. Kampaniya 15 noyabrda bitir. Bu müddət ərzində Visa kart sahibləri bankın mobil əlavəsi ilə minimum 3 manatlıq ödəniş etməlidirlər.

Bankın Premium kartları ilə ən az 50 AZN məbləğində ən çox əməliyyat aparan müştərilər "500 AZN-lik Monteleone kuponu + Miles&Smiles Black Edition" hədiyyə dəsti qazanacaq.

31 oktyabr 2019-cu il tarixinədək PAŞA Bankın əməkhaqqı kartları sahibləri Visa Gold və/və ya Platinum kartlarını xidmət haqqı ödəmədən kartı əldə edə bilərlər. Pulsuz Premium kartı əldə etmək üçün PAŞA Bank Mobil Bank üzərindən kartı sifariş edin və sifariş edilmiş kartın hesabına müəyyən məbləğdə ilkin mədaxil edin.

- "PAŞA Bank kartı ilə ödə, avtomobil qazan!" lotoreyası 11 noyabr - 31 dekabr aralığında baş tutacaq. Lotoreyanın şərtləri ilə buradan tanış ola bilərsiniz.

14. Rabitəbank

- Nağdsız kredit

Bu müddətsiz kampaniyada kart vasitəsilə kredit almaq istəyənlər 14.9%-lə nağdsız kredit əldə edə bilər.

- Müəllimlərə özəl

Bank təhsil işçilərinə oktyabrın sonunadək 19%-lə 15 000 AZN kredit təklif edir.

15.Turan Bank

- ADY əməkdaşları üçün

Bank 14 oktyabrdan etibarən 1 ay davam edən bu kampaniyada dəmiryolçular üçün aşağı faizlə nağd kredit təklif edir.

- ÖzƏl

İlin sonuna kimi davam edən bu kampaniyada banka kredit və ya depozit üçün müraciət edən hər kəsə 0% komissiya tutulacaq.

16. Unibank

- Təqaüdçülər

Aylıq təqaüdünüz 100 AZN-dən başlayırsa, siz noyabrın 10-dək Unibankdan zaminsiz və komissiyasız nağd kredit əldə edə bilərsiniz.

17. Xalq Bank

-Xalq Bankın MasterCard sahibləri Türkiyədəki NetWork geyim mağazalarında yeni mövsüm alış-verişlərində 20% endirimdən yararlana biləcək. Kampaniya noyabrın 11-ə kimi davam edir. Ərtaflı buradan məlumat əldə edə bilərsiniz.

18.YapıKredi Bank

- Nağd Kredit

Kampaniyadan 31 noyabra qədər Worldcard-ı olan və ya sifariş edən hər kəs yararlana bilər. Bu müddət ərzində nağd kreditlərə 17% tətbiq olunacaq.

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et