Holdinqlər dünyada ilk dəfə XIX əsrin sonları və XX əsrin əvvəllərində ABŞ-da “antitrest qanunlar” ilə trest sisteminin qadağan olunması nəticəsində ortaya çıxmışdır. Azərbaycanda isə bu sistemin 1990-cı illərdən sonra əhəmiyyət qazanmağa başladığını söyləmək olar.
Holdinq ortaq bir qrup məqsədi üçün birliyi əmələ gətirən şirkətlərin tam birləşməsinə ehtiyac qalmadan, səs çoxluğunu əldə edəcək şəkildə bu şirkətlərin səhmlərini əlində tutan şirkət və ya bir səhmdar cəmiyyətin, digər bir ya da bir neçə alt səhmdar cəmiyyətə, idarələrində söz sahibi olacaq şəkildə iştirakı, yəni bunların səhmlərini alması və idarəetmə şurasında fəal hala gəlməsi forması deməkdir. Holdinqin əsas məqsədi iqtisadi bir bütünlük-iqtisadi bir güc əldə etməkdir. Bir ölkədə holdinqin mövcud olması, həmin ölkənin iqtisadiyyatına olduqca müsbət təsir göstərir:
- Sərmayə birjasının inkişafına kömək edir.
- Yeni iş yerlərinin açılmasına səbəb olur.
- Yeni istehsalat texnologiyalarından yararlanaraq ölkə ehtiyatlarından səmərəli istifadəni təmin edir.
- Ölkənin valyuta gəlirlərinin artmasına yol açır.
Holdinq şirkəti - kommersiya bankları daxil olmaqla, bir və ya bir neçə törəmə təşkilatda paya sahib olmaq və onları idarə etmək məqsədi ilə fiziki və/və ya hüquqi şəxs(lər) tərəfindən yaradılmış qrupdur.
Holdinq şirkətləri aşağıdakılara bölünür:
1. Bank holdinq şirkəti - bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimlənməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan qrupdur.
2. Maliyyə holdinq şirkəti - bank və yalnız maliyyə sektorunda fəaliyyət göstərən digər törəmə təşkilatlarından ibarət olan qrupdur.
3. Qeyri-maliyyə holdinq şirkəti – bank daxil olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur.
Azərbaycanda da bir sıra holdinqlər fəaliyyət göstərir. Biz sizə bu gün banklar,onların törəmə təşkilatları və aid olduqları holdinqlər barədə məlumat verəcəyik.
Bank holdinq şirkətləri aşağıdakılardır:
ASB Bank Anadolu İnvestment Company MMC-in tərkib hissələrindən biridir. 1996-cı ildə fəaliyyətə başlayan bankın 3 səhmdarı var. “Anadolu İnvestment Kompani” MMC 12.02.2003 tarixində dövlət qeydiyyatından keçmişdir. Daha əvvəl "Anadolu Kənd Təsərrüfatı" MMC olaraq adlandırılmışdır.
“Azərbaycan Sənaye Sığorta” ASC 17.12.1996 tarixində təsis edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti İdarəsində qeydiyyata alınmışdır. Daha əvvəl "CI Sığorta” MMC olaraq adlandırılmışdır.
“Azərbaycan Sənaye Lizinq” MMC isə 15.05.2007 tarixində dövlət qeydiyyatından keçmişdir.
Ata Bank AtaHolding Şirkətlər qrupunun Maliyyə sektoruna aid olan şirkətdir. “AtaHolding” ASC-nin maliyyə sektorunda “AtaBank” ASC, “AtaSığorta” ASC, “AtaLizinq” ASC şirkətləri fəaliyyət göstərir. 2003-cü ildən etibarən fəaliyyətə başlamış "AtaHolding" ASC iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir. Şirkət Ata Bankın 76% pay ilə əsas səhmdarıdır. Digər 24%-lik pay isə fiziki şəxsə məxsusdur.
"AtaHolding" Şirkətlər Qrupu həmçinin, VTB Bankın 49% səhmlərinə sahibdir.
Sizə "AtaHolding" ASC-nin digər şirkətləri haqqında məlumat maraqlıdırsa buraya daxil ola bilərsiniz.
Bank of Baku NAB Holding-in Maliyyə sektoruna aid olan şirkətdir. NAB Holdinq-in təməlləri 1988-ci ildə NAB Xarici Ticarət Ltd. Ko.-nun qurulmasıyla atılmışdır. 1995 - 2000-ci illər arasında avtomobil və bank sektoruna daxil olan NAB Holding, daima özünü yeniləyərək inkişafına sürətlə davam etməkdədir. 1994-cü ildən fəaliyyət göstərən və 5 səhmdara malik olan Bank of Baku-da böyük paya (40%) NAB Holding şirkəti sahibdir. Digər 10%-lik pay Azinvent MMC-yə, 29%-lik pay AzPetrol Neft Şirkəti MMC-yə məxsusdur. Geriyə qalan səhm payları isə fiziki şəxslərə aiddir.
Əgər Sizə NAB Holding-in digər şirkətləri maraqlıdırsa, buraya daxil ola bilərsiniz.
Bank Silk Way isə "SiLKWAY Group"a aid bir şirkətdir. "SW Group" Şirkəti 14 iyul 2006-cı ildə yaradılmışdır. Şirkətin yaradılmasında məqsəd, onun tərkibinə daxil olan digər qurumların və strateji planlaşdırma sahəsində fəaliyyətlərinin koordinasiyasının gücləndirilməsidir. Bu günkü gündə "Silk Way Group" Azərbaycan Hava Yolları sənayəsi üzrə ixtisaslaşmış 23 şirkətdən və geniş dünya şəbəkəsindən ibarətdir.
"SW Group" Şirkəti Bank Silk Way səhmlərinin böyük hissəsinə ( 84%) sahibdir. Digər, 16%-lik pay isə bir neçə fiziki şəxsə aiddir.
Əgər sizə "SW Group" Şirkətinin digər şirkətləri maraqlıdırsa, buraya daxil ola bilərsiniz.
NBC Bank "Nurgün" Group-un Maliyyə sektoruna aid olan iki şirkətdən biridir. "Nurgün" Şirkətlər Qrupunun yarandığı tarixdən etibarən, onun aparıcı şirkətlərindən biri "Nurgun Motors" dünya avtomobil istehsalçılarının flaqmanlarından olan "Nissan" Konserninin Azərbaycanda rəsmi distribütorudur. Şirkətin əsas fəaliyyət istiqamətləri “Nissan” markalı avtomobillərin satışı və servis xidmətlərinin təşkili, habelə ehtiyat hissələrinin və avtomobil aksesuarlarının pərakəndə satışından ibarətdir.
“NBC Bank” ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmlərinin 86%-ni fiziki şəxslər, 14%-ni isə hüquqi şəxslər təşkil edir.
Əgər sizə "Nurgün" Şirkətlər Qrupunun digər şirkətləri maraqlıdırsa, buraya daxil ola bilərsiniz.
Paşa Bank və Kapital Bank "Pasha Holding"ə aid şirkətlərdir. "Pasha Holding" - sığorta, bankçılıq, səyahət və turizm, tikinti-inşaat və digər biznes sahələrində fəaliyyət göstərən investisiya şirkətidir.1 noyabr 2006-cı il tarixdən çalışan şirkət, işini beynəlxalq biznes standartları - effektiv menecment, korporativ idarəetmə və düşünülmüş investisiya qərarları əsasında qurur. Holding ona məxsus şirkətlərdə nəzarət iştirak payına və digər biznesdə minoritar səhmlər payına sahibdir.
Paşa Bankda 60% (30%-Ador Ltd, 10%- Fiziki şəxs) , Kapital Bankda isə 100% səhmə sahibdir.
Əgər sizə "Pasha Holding"-in digər şirkətləri haqqında məlumat lazımdırsa, buraya daxil ola bilərsiniz.
Törəmə təşkilat nədir?
Törəmə təşkilat - o təşkilatdır ki, onun nizamnamə kapitalında üstün iştirakına görə və ya iştirakçıları arasında bağlanmış müqaviləyə müvafiq surətdə digər təşkilat (baş təşkilat) onun qəbul etdiyi qərarları müəyyənləşdirmək hüququna malik olur. Baş təşkilat (baş bank) törəmə təşkilatın nizamnamə kapitalında üstün iştirakına görə və ya törəmə təşkilatın digər iştirakçıları ilə bağlanmış müqaviləyə müvafiq surətdə törəmə təşkilatın qəbul etdiyi qərarları müəyyənləşdirmək hüququna malik təşkilatdır.
Aşağıdakı cədvəldə banklarımızın hansı törəmə şirkətləri barədə məlumat alacaqsınız:
Bank |
Törəmə şirkət |
AGBank |
"AG Leasing" |
Bank of Baku |
"BoB Broker" MMC |
Bank Respublika |
"Bakı Sığorta" Şirkəti |
"Respublika İnvest" |
|
Bank Standard |
"Standart Kapital" Broker |
Bank Technique |
"Alfa Sığorta" ASC |
"Texnika Kapital Menecment" MMC |
|
Beynəlxalq Bank |
"ABB-Moskva" |
"ABB-Gürcüstan" |
|
"Beynəlxalq Sığorta Şirkəti" |
|
"AzəriKard" MMC |
|
"BusinessRabita" |
|
"Joint Leasinq" QSC |
|
"Bank Banklararsı Valyuta Birjası" |
|
Kapital Bank |
"Xalq Kapital" MMC |
Dəmirbank |
"ADB Broker" MMC |
Muğanbank |
Muğan Forex |
Paşa Bank |
"Pasha Bank Georgia" SC |
Qafqaz İnkişaf Bankı |
"QİB-Gürcüstan" SC |
Rabitəbank |
"Capital Partners Azlizinq" |
Turanbank |
"Turanlizing" MMC |
Unibank |
"Unileasing" |
"Unicapital" |
Bəzi banklarda vardır ki, onlar özləri törəmə şirkətlərdir. Bunlardan biri VTB Bankdır. VTB bank "VTB Group" şirkətinə daxil olan "Bank VTB ASC (Rusiya)" - nın törəmə şirkətidir. Bu şirkət həm də VTB Bankın 51%-lik paya sahib olan əsas səhmdarıdır.
Digər bir bank isə Yapı Kredi Bank Azərbaycandır. Belə ki, KOÇ Holdingin maliyyə sektoruna aid olan Yapı Kredi Bankın Törəmə şirkəti olan Yapı Kredi Bank Azərbaycanın əsas səhmdarı 99,8%-lə YapıKredi Bankdır.
Günel Abduraxmanova / Banco.az