Banklar yeni qanun layihəsinə olan təkliflərini ABA-ya göndərəcəklər | Banco.az

Banklar yeni qanun layihəsinə olan təkliflərini ABA-ya göndərəcəklər

13 oktyabr 2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Daşınar əmlakın yüklülüyü haqqında” Qanun layihəsi ilə bağlı ABA, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və bankların hüquq departmentlərinin rəhbərləri və əməkdaşları arasında görüş keçirilmişdir.

Görüşdə qanun layihəsinin ilkin versiyası müzakirə edilmiş və iştirakçılar tərəfindən müxtəlif fikirlər irəli sürülmüşdür.

Həmçinin görüşdə yeni qanun layihəsinin qəbulu zamanı zəruri olaraq digər normativ hüquqi sənədlərə edilməli olan dəyişikliklərdə səsləndirilmidir.

Sonda bankların yeni qanun layihəsinə və digər qanunlara ediləcək dəyişikliklə əlaqədar təkliflərinin hazırlanması və ABA-ya göndərməsi qərara alınmışdır. Yenidən təşkil olunacaq iclasdan sonra isə qanun layihəsinin lazımi instansiyalara ünvanlanması planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: BBN.az