“Banklar və Biznes” Qəzeti müsabiqə elan edir | Banco.az

“Banklar və Biznes” Qəzeti müsabiqə elan edir

Müsabiqə şərtləri: “Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri”

Azərbaycan Banklar Assosisisyasının rəsmi mətbu oranı olan “Banklar və Biznes” Qəzeti (BBN.az) Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) təşkilati dəstəyi ilə Həsən bəy Zərdabinin anım gününə hərs edilmiş tələbələr arası məqalə müsabiqəsi elan edir. Müsabiqədə hazırda jurnalistika və ya iqtisadiyyat üzrə təhsil alan bütün tələbələr iştirak edə bilərlər.

Müsabiqədə təqdim edilməli olan məqalənin mövzusu aşağıdakı kimidir:

 “Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri”

Mükafat fondu:

1-ci yer –           800 manatlıq hədiyyə kuponu;

2-ci yer –          500 manatlıq hədiyyə kuponu;

3-cü yer  -           300 manatlıq hədiyyə kupunu;

Növbəti  5 yer – 100 manatlıq hədiyyə kuponu.

Müsabiqənin şərtləri:

Ən sərfəli kredit üçün müraciət et

  • Müsabiqədə iştirak etmək istəyən şəxs hazırda jurnalistika və ya iqtisadiyyat üzrə baklavr və magistr təhsilini davam etdirməlidir;
  • Bir şəxs yalnız bir məqalə ilə müsabiqədə iştirak edə bilər.

Yazıya qarşı olan tələblər:

  • Məqalə “Times New Roman” yazı şriftində, 12 punto ölçüsündə, 1.5 ara ilə hər tərəfdən 20 mm məsafədə olan A4 formatlı səhifədə yazılmalıdır;
  • Məqalənin həcmi 11 min simvoldan (boşluqlar nəzərə alınmadan) çox olmamalıdır.

Müraciət:

Hazırlanan məqalələr 10 noyabr 2017-ci il tarixinə qədər aşağıda göstərilənlərlə birlikdə [email protected]  elektron ünvanına, məktubun mövzusunda “MÜSABİQƏ” qeyd etməklə yollanmalıdır:

  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Tələbə biletinin surəti;
  • Ev və ya mobil telefonu.

Ən sərfəli krediti almaq üçün müraciət et