Bayramlar həmişə həyatımıza yenilik, gözəllik gətirir. Bayram günlərində əhvalımız birə beş artır. İnsanlar bu özəl günləri bəhanə edərək bir-birlərinə hədiyyə verməyə tələsirlər. Cibiniz qədər sizə yaxın olan banklarımız isə həmişə kömək etməyə, öz kampaniyaları, müsabiqələri ilə sevindirməyə çalışır. Bu dəfə isə sizlər üçün Novruz bayramı münasibətilə yaz hədiyyələr hazırlayıblar. Banco.az portalı olaraq Sizi Novruz bayramı münasibətilə təbrik edir və bankların həyata keçirdikləri yaz kampaniyaları sizə təqdim edirik.
Bank VTB (Azərbaycan) öz müştəriləri üçün “Yaz hədiyyəsi” adlı yeni depozit aksiyasına start verib . Bu aksiya çərçivəsində “Zəmanətli” depoziti üzrə 12 ay müddətinə əmanət yerləşdirən müştərilər əlavə bonus faizləri qazanacaq. Aksiyanın şərtlərinə əsasən hədiyyə bonusları sayəsində “Zəmanətli” əmanətin faiz dərəcəsi 12%-ə çatacaq. Bu fazilər rüblük ödənildiyi halda mümkün olacaq. Faizlər aylıq ödənildikdə əmanətin faiz dərəcəsi 11% təşkil edəcək. Bonuslar depozit müddətinin sonunda ödəniləcək. Aksiya çərçivəsində müştərilər 100 min manat və ya 125 min dollara qədər pul vəsaiti yerləşdirə bilər.
"AtaBank" ASC öz rəsmi Instagram səhifəsində “Novruz sevincinizi “AtaBank” ilə yaşayın!” şüarı altında hədiyyəli kampaniyaya start verir. Instagram sosial şəbəkəsində “AtaBank” ASC-nin səhifəsinə abunə olaraq (follow) Novruz bayramı və sevinci mövzusunda şəkilləri açıq və #atabanklanovruz haştəqi ilə yerləşdirən istifadəçilər arasında qalib seçiləcək.

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı müştəriləri üçün “4x4 Novruz Sevinci” adlı stimullaşdırıcı lotereyaya start verdi. Mütəmadi olaraq müştərilərinə yönəlik kampaniyalar, stimullaşdırıcı lotereyalar təşkil edən təşkilat bu dəfə Novruz Bayramı ərəfəsində müştərilərin sevincinə səbəb olacaq. Belə ki, 17 fevral – 16 mart tarixlərində FINCA Azerbaijan-dan kredit götürən müştərilərin Novruz çərşənbələrində 65 ədəd dəyərli hədiyyə qazanmaq imkanı olacaq. İlaxır çərşənbəsində isə bir nəfər şanslı müştəri uduş fondunun ən dəyərli hədiyyəsi olan avtomobil qazanacaq.

“DəmirBank” qarşıdan gələn Novruz bayramı münasibətilə “Baharın 17 günü” adlı kredit aksiyasına start verib. Aksiyanın şərtlərinə görə müştərilər 15 min AZN-dək nağd pul kreditini müddəti maksimum 48 ay olmaqla əldə edə bilərlər. Qeyd edək ki, “Baharın 17 günü” adlı kredit aksiyası martın 31-dək davam edəcək.
Azər-Türk Bank müştərilərə təqdim etdiyi ödəniş kartları üzrə yeni kampaniyaya start verib. MasterCard ödəniş kartlarının müxtəlif növlərini indi Bankdan yarı qiymətinə - 50 faiz endirimlə almaq olar. Martın əvvəlindən başlanan kampaniya yaz ayları boyunca davam edəcək. Azər-Türk Bankın ödəniş kartları vasitəsilə “Card-to-Card”, “SMS-bankçılıq”, “SMS-xəbərdarlıq”, “İnternet-bankçılıq”xidmətlərindən faydalanmaq olur. Azər-Türk Bankın ödəniş kartlarının əsas üstünlüyü isə bu kartların “3D Secure” xidməti ilə təmin olunmasıdır.

Novruz Bayramına TBC Kredit Girovsuz Sərbəst Kreditə yaz aksiyası «Sərbəstliyin BAHARI kampaniyası»-nı elan edir. Kreditə müraciət edənlər illik faiz dərəcəsi 19%-dən dollar kredtlərinə, 22%-dən isə AZN kreditlərə əldə edirlər. Bahar kampaniyası dövründə minimal FİFD dərəcə 20,49% təşkil edəcək. Komissiya isə cəmi 2% olacaq Endirimlər aprel ayının yarısına kimi davam edəcək.
Novruz yenilik, təzəlik deməkdi. Ona görə də Bayramda alış-veriş etmək, sevdiklərinə hədiyyələr almaq hamımızın arzusudur. Elə Unibank da bayramda böyüklü -kiçikli hamının arzusunu reallaşdıran, bahar əhvallı bir kampaniya ilə bayrama bayram qatıb. Martın 19-dan 22-dək öz Albalı və Albalı Plus kartı ilə alış-veriş edənlərə 1 taksit də Unibankdan hədiyyə olunacaq. Unibank bayramı xarici ölkələrdə keçirmək istəyənlərə də möhtəşəm bayram həyəcanı yaşadacaq. Albalı Plus kartları ilə alış-veriş zamanı sms taksit xidmətindən əlavə 1 taksit kart sahiblərinə hədiyyə ediləcək.

Bank Standard “Standard” depoziti üçün Bahar kampaniyasını elan edir. 2015-ci il fevralın 18-dən aprelin 18-dək “Bank Standard”-da “Standard” depoziti açan hər bir müştərinin depozit faizinin üstünə daha bir faiz əlavə olunacaq. Sizdə vaxt itirmədən əlavə faiz qazanın. “Standard” depozitini seçin illik 14-dək gəlir əldə edin.
Minimum 500 AZN/USD-dən başlayan depozit məbləği ilə toplanan faiz gəlirlərinizi hər ay və ya ilin sonunda götürün. Pulunuz “Standard”-la daha gəlirli olsun!
Bank of Baku Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir və bayram ilə əlaqədar 19-22 mart tarixləri arasında Bolkart sahibləri üçün bayram kampaniyasını elan edir. Kampaniyanın şərtlərinə görə qeyd olunan tarixlərdə “3,6,12 aya ödə” partnyorlarında alış-veriş edən Bolkart sahibləri əlavə olaraq 1 aylıq ödəmə imkanını qazanacaq və beləlilkə də 3 aylıq ödəməni 4 aya, 6 aylıq ödəməni 7 aya, 12 aylıq ödəməni isə 13 aya həyata keçirəcək. “1 aya ödə” partnyorlarında isə “indi al 2 ay sonra” kampaniyası keçərli olacaq. Mart ayında alış –veriş edənlər, ödəməni May ayının 10-dək əlavə xərcsiz etmək imkanını əldə edəcəklər.

Kapital Bankdan Novruz kampaniyası!
Hər ehtiyacı ödəyən 10000 AZN-dək nağd pul kreditlərinə 4%-dək endirim!
- Kreditlər manatla verilir.
- Kampaniya 10-19 mart tarixlərində keçirilir.

