Azərbaycanda POS-terminalların sayı artıb | Banco.az

Azərbaycanda POS-terminalların sayı artıb

Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur.

Keçən ilin sentyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8.8%, POS-terminalların sayı 56.5% artıb.

161 915  ədəd Pos-terminalın 100 040 ədədi Bakıda, 61 875 ədədi isə regionlarda yerləşir. 3496 ədəd bankomatın isə 1879 ədədi Bakıda, 1617 ədədi isə regionlardadır.

2025-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,898 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7,808 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,086 mln. manatı POS-terminallar, 4 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.4%-ni təşkil edib.