Dünya Bankı: Azərbaycanın dövlət borcu 2025-ci ildə ÜDM-in 23 %-ni təşkil edəcək | Banco.az

Dünya Bankı: Azərbaycanın dövlət borcu 2025-ci ildə ÜDM-in 23 %-ni təşkil edəcək

Dünya Bankının proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın ümumi dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 23,1 %-ni təşkil edəcək.

Bankın hesabatına görə bu göstəricinin gələn il 24,7 %-ə qədər artacağı, 2027-ci ildə isə ÜDM-in 24,6 %-nə qədər azalacağı gözlənilir.

Bankın gözləntilərinə görə, cari ildə dövlət xərcləri ÜDM-in 33 % səviyyəsində proqnozlaşdırılır və gələn il ÜDM-in 32,4 %-nə, 2027-ci ildə isə ÜDM-in 32,3 %-nə qədər azalacaq.

Eyni zamanda, Dünya Bankının proqnozlarına görə, dövlət gəlirləri 2025-ci ildə ÜDM-in 36,5 %-ni, 2026-cı ildə ÜDM-in 34,2 %-ni və 2027-ci ildə ÜDM-in 39,9 %-ni təşkil edəcək.

Hesabata əsasən, fiskal balans 2025-ci ildə ÜDM-in 3,6 %-i, 2026-cı ildə 1,9 %-i və 2027-ci ildə 1,7 %-i səviyyəsində gözlənilir.