"Apple" şirkətinin bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçib | Banco.az

"Apple" şirkətinin bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Apple" şirkətinin bazar kapitallaşması ilk dəfə 4 trilyon dolları keçib.

Banco.az xəbər verir ki, “Apple” çərşənbə axşamı ilk dəfə bazar dəyərində 4 trilyon dollar həddini aşaraq bu səviyyəyə çatan üçüncü texnologiya şirkəti olub.

Şirkətin yeni iPhone modellərinə yüksək tələbat süni intellekt sahəsində yavaş irəliləyişlə bağlı narahatlıqları da azaldıb.

“Apple” səhmləri 9 sentyabrda keçirilən yeni məhsul təqdimatlarından bəri təxminən 13 faiz dəyər qazanaraq ilin ilk yarısında yaşanan enişi kompensasiya edib və müsbət zonaya keçib.

“Northlight Asset Management” şirkətinin investisiya direktoru Kris Zakkarelli bildirib: “iPhone “Apple”ın gəlir və mənfəətinin yarısından çoxunu təşkil edir. Onlar nə qədər çox telefon satsalar, istifadəçiləri öz ekosistemlərinə bir o qədər çox daxil edə bilirlər.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram