Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) Şimali Avropa ölkələrini müdafiə təşəbbüslərində əməkdaşlığa çağırır.
Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının Sədri Ursula fon der Leyen bildirib ki, Aİ-nin müdafiə sahəsində atacağı addımların uğurlu olması üçün Skandinaviya ölkələri ilə əməkdaşlığa ehtiyacları var.
Fon der Leyen deyib: “Bu səbəbdən Norveç ilə təhlükəsizlik və müdafiə üzrə tərəfdaşlıq sazişi imzalamışıq, İslandiya ilə danışıqlarımız davam edir.”
Nordik Şurası Zirvəsi çərçivəsində İsveç Parlamentində çıxış edən Komissiya sədri vurğulayıb ki, Aİ müdafiə təşəbbüslərində irəliləyiş əldə etmək üçün İsveç, Finlandiya, Danimarka, Norveç, İslandiya, eləcə də Aland Adaları və Farer Adaları kimi Nordik ölkələrlə yaxın əməkdaşlıq etməlidir.
Komissiya sədri həmçinin bildirib ki, Rusiya hava məkanı pozuntuları ilə Avropanı zəiflətməyə və parçalamağa çalışır. O əlavə edib ki, 24 oktyabrda keçirilən Aİ Liderlər Zirvəsində Belçikanın etirazları səbəbilə razılaşdırılmayan dondurulmuş Rusiya aktivlərinin Ukrayna üçün təzminat krediti kimi istifadəsinə dair işlər davam etdirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
